83
Göl elementi (1):
Dördbucaqlı göl. Həyatı təmsil edir. Göl, qarmaq,
gül və göz motivləri ilə bəzədilib.
Gül elementi (2):
İlahi sevgini, həsrəti simvolizə edir.
Ox işarəsi (3):
Toxunan xalçanı bəd nəzərlərdən qorumaq məqsədi daşıyır.
Kiçik göl elementi (4):
Həyatı təmsil edir. (Göz motivi ilə bəzədilib).
Əlibelində işarəsi (5):
Analığı, bolluğu, taleyi və xoşbəxtliyi bildirir.
Göl elementi (6):
Dördbucaqlı göl. Həyatı simvolizə edir. (Göz motivlərindən ibarət həyat ağacı ilə bəzədilib).
Həyat ağacı simvolu (7):
Ölümdən sonra həyatın olduğu inancını simvolizə edir. (Göz motivləri ilə bəzənib).
Gül elementi (8):
İlahi sevgini, həsrəti simvolizə edir.
Daraq işarəsi (9):
Evliliyi və doğuluşun qorunmasını bildirir.
Gül elementi (10):
İlahi sevgini, həsrəti simvolizə edir.
Göl elementi (11):
Səkkizbucaqlı göl. Həyatı simvolizə edir.
(Mərkəzdən başlayaraq ulduz, qarmaq, pıtraq və quş motivləri ilə bəzədilib).
Damğa elementi (12):
Ailə, oba, tayfa, boy, dövlət kimi mənaları verir.
Çərxi-fələk işarəsi (13):
Tale və cənnətin simvoludur. Xalçanın əhd-peyman olaraq toxunduğunu bildirir.
Heyvan motivi (14):
Bərəkəti, bolluğu və gücü ifadə edir.
(Hansı heyvan toxunulubsa, o heyvandan qorunmağı, ya da ondan yararlanmağı ifadə edir).
Göl elementi (15):
Səkkizbucaqlı göl. Həyatı simvolizə edir.
(Mərkəzdən başlayaraq ulduz, qarmaq, pıtraq və quş motivləri ilə bəzədilib).
Səhəng (16):
Təmizliyi, saflığı ifadə edir. (İbadət etməyi xatırladır).
Göz işarəsi (17):
Nəzərdən, bəd gözlərdən qorunmağı simvolizə edir.
Heyvan motivi (18-19):
Bərəkəti, bolluğu və gücü ifadə edir.
(Hansı heyvan toxunulubsa, o heyvandan qorunmağı, ya da ondan yararlanmağı ifadə edir).
Axar su işarəsi (20):
Sonsuzluğu və müdafiə olunmağı ifadə edir. (Göz motivlərinin təkrarından ibarətdir).
Axar su işarəsi (21):
Sonsuzluğu və müdafiə olunmağı ifadə edir. (Qarmaq motivlərinin təkrarından ibarətdir).
Axar su işarəsi (22):
Sonsuzluğu və müdafiə olunmağı ifadə edir. (Damğa motivlərinin təkrarından ibarətdir).
Axar su işarəsi (23):
Sonsuzluğu və müdafiə olunmağı ifadə edir.
(Yarpaq və dua formalı üçkünc işarə motivlərinin təkrarından ibarətdir).
Gül elementi (24):
İlahi sevgini, həsrəti simvolizə edir.
1...,75,76,77,78,79,80,81,82,83,84 86,87,88,89,90,91,92,93,94,95,...148