81
Axar su (1):
Sonsuzluğu və qorunmağı ifadə edir. (Qarmaq və göz motivlərinin təkrarı ilə formalaşmışdır).
Pıtraq (2):
Bədnəzər duası olaraq bolluq və bərəkətin qorunması mənasını verir.
(Mərkəzi həyat ağacı motivi ilə bəzədilib).
Çərxi-fələk (3):
Tale və cənnətin simvoludur. Xalçanın əhd-peymanın sübutu olaraq toxunduğunu bildirir.
Gül (4, 6):
İlahi eşqi, həsrəti simvolizə edir.
Əjdaha (5):
Hava və suyun sahibi olan mifoloji varlıqdır. Gücü və müdafiəni ifadə edir.
Əlibelində (7):
Analığı, bolluğu, taleyi və xoşbəxtliyi bildirir.
Canavar izi və ya ayağı (8):
Vəhşi heyvanlardan qorunmağı ifadə edir.
Kiçik göl (9):
Həyatı simvolizə edir. (Göl göz və dua (üçkünc formalı işarə) motivlərindən ibarətdir).
Çərxi-fələk (10):
Tale və cənnətin simvoludur. Xalçanın əhd-peyman olaraq toxunduğunu bildirir.
Axar su (11):
Sonsuzluğu və qorunmağı ifadə edir.
(Qarmaq, dua və göz motivlərinin təkrarlanması ilə formalaşmışdır).
Damğa (12):
Ailə, oba, oymaq, boy, dövlət kimi mənaları verir.
(Qarmaq, dua və göz motivlərinin təkrarından formalaşıb).
Bədnəzər (13):
Dua: Bəlalardan və bədnəzərdən qoruyur.
Sünbül (14):
Bərəkəti və bolluğu ifadə edir.
Qarmaq (15):
İnsanları təhlükədən qorumaq üçün tez-tez işlədilən bir motivdir.
Göz (16):
Nəzərdən, bəd gözlərdən qorumağı simvolizə edir.
Axar su (17):
Sonsuzluğu və qorunmağı ifadə edir. (Gül motivlərinin təkrarından yaranmışdır).
Axar su (18):
Sonsuzluğu və qorunmağı ifadə edir. (Gül motivlərinin təkrarından ibarətdir).
1...,73,74,75,76,77,78,79,80,81,82 84,85,86,87,88,89,90,91,92,93,...148