10
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin
Sədri Vasif Talıbov təqdimat mərasimində çı-
xış edərək demişdir: “Mədəniyyət və incəsənət
daim qayğı tələb edən sahədir. “Hər bir xalqın
mədəni irsi onun milli sərvəti, tarixi və bu gü-
nüdür”, - deyən ümummilli liderimiz Heydər
Əliyev ötən əsrin 70-ci illərindən başlayaraq
milli-mədəni irsimizin qorunmasına xüsusi
diqqət və qayğı göstərmişdir. Görülən tədbirlər
nəticəsində xalq tətbiqi sənətimiz yeni inkişaf
mərhələsinə qədəm qoymuş, xalçaçılıq
sənəti öz yüksək qiymətini almışdır”.
“Xalçaçılıq tətbiqi sənətimizin elə
bir sahəsidir ki, burada xalqımızın
zəngin mənəvi aləmi, eləcə də həyat
fəlsəfəsinə xas olan xüsusiyyətlər öz
əksini tapmışdır”, – deyənAli Məclisin
Sədri bildirmişdir ki, xalça toxumaq
sənəti tarixən Azərbaycanda, o cümlədən
Naxçıvanda aparıcı peşə sahələrindən biri
olmuşdur. Təbiəti, ictimai və mədəni
inkişaf səviyyəsi, həyat və məişət
şəraiti Naxçıvanda xalçaçılığı hələ
uzaq keçmişlərdə sənətkarlığın mü-
hüm sahələrindən birinə çevirmişdir.
Bu ərazidə istehsal edilən iriölçülü, qa-
lın toxunuşa malik xovlu və xovsuz xal-
çalardan məişətdə geniş istifadə edilmişdir. Ar-
xeoloji qazıntılar zamanı əldə olunmuş ibtidai
gil cəhrələr və sümükdən hazırlanmış iy ucları
Naxçıvanın qədim toxuculuq mərkəzlərindən
biri olduğunu təsdiq edir. Orta əsr müəllifləri
Naxçıvanda xalçaçılığın geniş vüsət alması və
bu ərazidə toxunan xalçaların şöhrət qazanma-
sı barədə öz əlyazmalarında dəyərli məlumatlar
vermişlər. Bu da xarakterikdir ki, Naxçıvan
xalçalarındakı həndəsi və nəbati formalı na-
xışlara, mifoloji cizgilərə bu ərazidəki tarix və
mədəniyyət abidələrində də rast gəlinir.
Ali Məclisin Sədri demişdir: “Naxçıvan
xalçaları Azərbaycan xalça sənətini ənənəvi
naxışları və elementləri, özünəməxsus rəng
çalarları ilə zənginləşdirmişdir. Naxçıvan xal-
çaçılıq məktəbinin bərpası və öyrənilməsi üçün
1998-ci ildə Naxçıvan Dövlət Xalça Muzeyi ya-
radılaraq fəaliyyətə başlamış, 2010-cu ildə mu-
zey yeni bina ilə təmin olunmuşdur.
Muzeydə Naxçıvan xalçaçılıq sənətinin
öyrənilməsi və təbliği sahəsində
müəyyən tədbirlər görülmüşdür. Bu-
nunla yanaşı, bir sıra təşkilati tədbirlər
də həyata keçirilmiş, Naxçıvan Regio-
nal Peşə Tədris Mərkəzində xalçaçılıq
üzrə peşə kursları açılmış, Naxçıvan Qız-
lar Liseyində “Tikiş, toxuculuq və xalçaçılıq”
dərnəyi fəaliyyətə başlamış, “Naxçıvan
Biznes Mərkəzi” Məhdud Məsuliyyətli
Cəmiyyətinin xalq yaradıcılığı emalat-
xanasında xalça toxunması təşkil olun-
muşdur.
Bu sahədə görülən işlərin davamı
kimi, “Azər-İlmə” Məhdud Məsuliyyətli
Cəmiyyətinin fəaliyyəti təqdirəlayiqdir.
Cəmiyyət
xalçaçılıq
məktəbinin
tədqiqi
sahəsində təşəbbüskar olmuş, elmi və prakti-
ki əhəmiyyətli tədqiqatlar aparmış, Naxçıvan
xalçaçılıq məktəbinə aid əldə etdiyi nadir xal-
çaları muzeyə hədiyyə etmişdir. Bundan əlavə,
“Azər-İlmə” Məhdud Məsuliyyətli Cəmiyyəti
apardığı elmi araşdırmaların nəticəsi olaraq,
nəfis tərtibatlı “Naxçıvan xalçaçıları” kitabını
və “Azərbaycan xalçaları” jurnalını hazırlayaraq
1...,2,3,4,5,6,7,8,9,10,11 13,14,15,16,17,18,19,20,21,22,...148