12
görə də bu nümunələrin öyrənilməsi, tədqiqat
işlərinin davam etdirilməsi bundan sonra da
diqqət mərkəzində saxlanmalıdır. Azərbaycan
Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi
Naxçıvan xalçaçılıq məktəbini elmi cəhətdən və
sistemli şəkildə araşdırmalı, xalçaçılıq sahəsində
unudulmaqda olan ənənələrin bərpasına çalış-
malı, Naxçıvan Dövlət Arxiv İdarəsi ilə birlikdə
xalçaçılıq məktəbinə dair elmi nəşrlər hazırla-
malıdır.
Naxçıvan Dövlət Universitetində və Naxçı-
van Müəllimlər İnstitutunda təsviri incəsənət
ixtisası üzrə təhsil alan tələbələr Naxçıvan
xalçaçılıq məktəbinə aid yeni nəşrlərlə tanış
edilməli, bu nəşrlər tədris planına salınmalı,
Naxçıvan Dövlət Xalça Muzeyində açıq dərslər
keçilməlidir. Əmək və Əhalinin
Sosial Müdafiəsi və İqtisadi İn-
kişaf nazirlikləri xalçaçılıq kurs-
larının təşkilini bundan sonra da
davam etdirməlidirlər. İqtisadi
İnkişaf Nazirliyi xalçaçılıqda
istifadə olunan xammalın, təbii
boyaların istehsalı və tədarükü
üçün müvafiq tədbirlər görməli,
xalça sənəti ənənələrinin yayıl-
dığı ərazilərdə xalça istehsalını
dəstəkləməli, muxtar respub-
likadakı xalçatoxuyanlar üçün
zəruri şərait yaratmalıdır”.
Ali Məclisin Sədri qeyd et-
mişdir ki,Mədəniyyət və Turizm
Nazirliyi Naxçıvan xalçalarının
təbliği sahəsindəki fəa­liy­yətini
genişləndirməli, elmi əsaslarla yeni bələdçi
mətnləri hazırlamalı, Naxçıvan Dövlət Xalça
Muzeyinin internet saytındakı məlumatların
yeni­lənməsini və elektron müra­ciətlərin ca-
vablandırılmasını təmin etməlidir. Kütləvi
infor­masiya vasitələrində Naxçıvan xalçaçı-
lıq məktəbi haqqında elmi-kütləvi verilişlər,
bu gün ictimaiyyətə təqdim olunan nəşrlər
və muzeyin internet saytı barədə məlumatlar
hazırlanmalı, xalça nümunələri və onların
işlənmə xüsusiyyətləri ətraflı izah olunmalı-
dır.
Ali Məclisin Sədri qədim ənənələrə ma-
lik olan Naxçıvan xalçaçılıq məktəbinin qo-
runub yaşadılması və zənginləşdirilməsinin
tək bu gün üçün yox, həm də gələcək nəsillər
üçün vacib olduğunu qeyd etmiş, aidiyyatı
təşkilatların və elmi müəssisələrin bu sahədə
fəaliyyətlərini daha da gücləndirmələrinin
vacibliyini bildirmiş, onlara işlərində uğurlar
arzulamışdır.
Tədbirdə çıxış edən Azərbaycan Milli Elm­
lər Akademiyasının Naxçıvan Bölməsinin sədri
akademik İsmayıl Hacıyev xalça sənətinin xal-
qımızın həyatı və məişəti ilə sıx bağlı olduğunu
bildirmişdir. Qeyd olunmuşdur ki, tariximiz
qədər qədim olan xalçaçılıq və bununla bağlı
sənət sahəsi Tunc dövründən başlayaraq inki-
şaf etmiş, daha da zənginləşərək bu günümüzə
gəlib çatmışdır. Son illər muxtar respublikada
xalçaçılıq sənətinin inkişafı istiqamətində mü-
hüm addımlar atılmış, mədəni irsimizin qo-
runması məqsədilə əhəmiyyətli tədbirlər gö-
rülmüşdür. Naxçıvan Muxtar Respublikası Ali
Məclisi Sədrinin “Naxçıvan Muxtar Respubli-
kasında Xalq yaradıcılığı günlərinin keçirilməsi
haqqında” 2009-cu il 7 fevral tarixli Sərəncamı
1...,4,5,6,7,8,9,10,11,12,13 15,16,17,18,19,20,21,22,23,24,...148