13
xalçaçılıq sənətinin qorunmasına və inkişafına
hərtərəfli şərait yaratmışdır. Həmçinin muxtar
respublikada xalçaçılıq sənətinin yaşadılması
istiqamətində həyata keçirilən tədbirlər bu sahə
üzrə yeni elmi araşdırmaların aparılmasına sti-
mul vermişdir.
“Azər-İlmə” Məhdud Məsuliyyətli Cəmiyyə­
tinin direktoru, dekorativ-tətbiqi sənət üzrə pro-
fessor Vidadi Muradov çıxış edərək demişdir
ki, bu gün zəngin koloriti, təkrarsız naxışları
və orijinal kompozisiyaları ilə seçilən Naxçıvan
xalçaçılıq məktəbinin tarixinə əlamətdar səhifə
kimi yazılır. “Azər-İlmə” Məhdud Məsuliyyətli
Cəmiyyəti tərəfindən aparılan araşdırmalar za-
manı Naxçıvan xalça məktəbi, Naxçıvan xalça-
larının texniki və bədii xüsusiyyətləri ayrı-ay-
rılıqda tədqiq və təhlil olunmuşdur. Naxçıvan
xalçaları haqqında aparılan fundamental araş-
dırmalar xalqımızın milli dəyərlər xəzinəsinə
mühüm töhfədir. Bugünkü təqdimat mərasimi
də Naxçıvan xalçaçılıq məktəbinin öyrənilməsi
sahəsində həyata keçirilən tədbirlərin dava-
mıdır. Vidadi Muradov Naxçıvan xalçaçılıq
məktəbinin öyrənilməsi istiqamətində həyata
keçirilən tədbirlərin bundan sonra da davam
etdiriləcəyini bildirmişdir.
Xalçaçı Həcər Hümbətova muxtar respubli-
kada xalçaçılıq sənətinin qədim və mütərəqqi
ənə­nələrinin yaşadılması, öyrə­nilməsi və təbliği­
nə göstərilən diqqət və qayğıya görə bu sa­hədə
çalışan bütün xalçaçılar adından minnətdarlığını
bildirmiş, Naxçıvan xalçaçılıq mək­təbinin yeni
1...,5,6,7,8,9,10,11,12,13,14 16,17,18,19,20,21,22,23,24,25,...148