15
sidir ki, tamaşaçılar buradan Naxçıvan Dövlət
Xalça Muzeyinin ekspozisiyasını virtual olaraq
izləmə imkanına malikdirlər. Saytın “Naxçıvan
tarixi”, “Naxçıvan xalçalarının xarakteristika-
sı”, “Naxçıvan xalçaları” keçid bölmələrində isə
müvafiq sahələr üzrə elmi məlumatlar vardır.
“Əlaqə” bölməsində muzey ilə operativ əlaqə
saxlamaq və məktub göndərmək mümkündür.
Yüksək poliqrafik keyfiyyətlə çap olunmuş
“Naxçıvan xalçaçıları” kitabı muxtar respublika
tətbiqi sənətinə ən qiymətli hədiyyədir. Kitabda
Naxçıvan xalçalarının ümumi xarakteristikası,
onlar haqqında məlumat və fotoşəkillər, şəxsi
kolleksiyalarda saxlanılan Naxçıvan xalçaları
təqdim olunmuşdur. Naxçıvan xalçalarının tex-
niki və bədii xüsusiyyətlərinin ayrı-ayrılıqda
təqdim və təhlil olunduğu kitabda həm də mux-
tar respublikanın müxtəlif bölgələrindən olan
254 xalçaçı haqqında məlumat yerləşdirilmişdir.
Kitabın sonunda isə şəxsi kolleksiyalarda saxla-
nılan 44 ədəd xalça nümunələri, onların toxun-
ma tarixi və yeri haqqında məlumat verilmişdir.
“Azərbaycan xalçaları” jurnalındakı məqalələrdə
Naxçıvan xalçaçılıq məktəbi elmi şəkildə təhlil
edilmişdir. “Azərbaycan xalçaları Naxçıvan qru-
pu” sənədli filmində isə Naxçıvanda xalçaçılıq
sənətinin inkişafının səciyyəvi cəhətlərindən və
xalçatoxuma ənənələrindən söhbət açılır.
Sonda tədbir iştirakçıları yenidənqurmadan
sonra Naxçıvan Dövlət Xalça Muzeyinin ekspo-
zisiyasında nümayiş etdirilən eksponatlara bax-
mışlar.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti
1...,7,8,9,10,11,12,13,14,15,16 18,19,20,21,22,23,24,25,26,27,...148