110
Xalçanın ara sahəsinin yuxarı hissəsində sol tərəfdə mavi yerlikdə h. 1326
tarixi vardır. Orijinal tərtibata malik olan bu xalça Qazaxın “Qaymaqlı”
kompozisiyası əsasında toxunmuşdur. Xalçanın adı Qazaxın şimal-qərbində
32 km-də yerləşən Qaymaqlı kəndinin adı ilə bağlıdır. Bəzi toxucular bu
xalçanı “Ləmbəli” adlandırırlar. Qaymaqlı xalçası bədii cəhətdən sadə
kompozisiyalı xalçalar sırasına daxildir. XIX əsrin əvvəllərində toxunmuş
“Qay­maqlı” xalçaları istər kompozisiya quruluşuna, istərsə də rəng tərti­
batına görə son dövrlərdə toxunmuş bu kompozisiyalı xalçalardan seçilir. Bu
kompozisiyalı xalçalar sonralar kütləvi surətdə toxunduğu üçün bəzi bədii
xüsusiyyətlərini itirmişdir. Xalçanın ara sahəsində böyük ölçülü tünd-qırmı­
zı rəngli səkkizbucaqlı göl tərtib edilmişdir. Gölün içərisində mərkəzdən
bir qədər yuxarı hissədə sarı, sürməyi, qırmızı, yaşıl rənglərlə işlənmiş
altıbucaqlı element vardır. Bu elementin solunda iki yaşıl, sağında isə iki göy
rəngli çiçək təsviri verilmişdir. Gölün kənarları qara rəngli “su”lar, künclərdə
isə sarı, qırmızı rəngli cüzi nəzərə çarpan “siçandişi”lərlə işlənmişdir. Ara
sahənin küncləri mavi rənglə tərtib edilmişdir. Mavi yerlikdəki əbrəş çox
aydın nəzərə çarpır. Ara sahənin kənarları mavi, qırmızı diliklərlə əhatə olun­
muşdur. Ara sahəni tünd-yaşıl yerlikli haşiyə əhatə edir. Yaşıl yerlikli bu
haşiyənin içərisində kiçik ölçülü ağ, qırmızı, sarı, sürməyi, mavi, yaşıl, qara
rənglərlə tərtib edilmiş altıbucaqlı motivlər vardır. Bu motivlər qara rəngli
“su”larla dörd hissəyə bölünmüşdür. Xalçanın qırmızı yerlikli ara haşiyəsin­
də qara rəngli budaqlarda yarpaq, gül təsvirləri vardır. Budaqların arasında
dördbucaqlı həndəsi motivlər və altıbucaqlı sarı, mavi, sürməyi, yaşıl, ağ
rəngli elementlər işlənmişdir. Budaqlarda dördbucaqlı motivlər sürməyi,
qara, mavi, sarı, qəhvəyi, yaşıl, qırmızı rənglərlə işlənmişdir. Qırmızı yerlikli
ara haşiyəni sürməyi yerlikli haşiyələr əhatə edir. Bu haşiyələrin içərisin­
də şəkəri, sarı, qırmızı, mavi, yaşıl, ağ rəngli güllər işlənmişdir. Sürməyi
yerlikli xarici haşiyə qırmızı, ağ, daxili haşiyə isə xaricdən sarı, qırmızı,
daxildən isə qırmızı, sarı “siçandişi”lərlə əhatə olunmuşdur. “Siçandişi”lər
hər iki tərəfdən “su”larla işlənmişdir. “Qaymaqlı” xalçaları, adətən, standart
ölçülü olurlar. Bəzən bu xalçalar 6-7 m
2
ölçüdə toxunur. Nadir hallarda bu
kompozisiya ilə toxunmuş böyük ölçülü xalılara da rast gəlinir. “Qaymaqlı”
kompozisiyası ilə toxunan xalçaların hər bir kvadrat metrində 70.000-dən
90.000-ə qədər ilmə yerləşdirilir, bu tipli xalçaların xovunun hündürlüyü
8-12 millimetr olur. Bu xalçanın özünəməxsus kolorit xüsusiyyəti vardır.
Azərbaycan xalçalarında istifadə edilən əksər rənglər bu xalçada tərtib edil­
mişdir.
1...,102,103,104,105,106,107,108,109,110,111 113,114,115,116