106
Xalçanın aşağı hissəsində tünd-qırmızı yerlikli medalyonun içəri­
sində h. 1314 tarixi vardır.
Xalçanın ara sahəsi rapportlara bölünmüş­dür. Ara sahənin yuxarı
hissəsin­dəki ensiz rapport və aşağı hissəsin­dəki enli rapport tünd-
qəhvəyi, mərkəzdəki rap­port isə açıq-yaşıl rənglə tərtib edilmişdir.
Rapportların içərisində tünd-qırmızı yerlikli altıbucaqlı göllər yer­
ləşdirilmişdir. Göllərin mərkəzində dördbucaqlı medalyonlar vardır.
Yaşıl yerlikli dördbucaqlı medalyonların içərisində “qoşa­buynuz”
mo­tiv­ləri işlənmişdir. Mər­kəz­­dəki medalyonların kənarları göy, sa­
rı, yuxarı və aşağı hissələrdəki medalyonların kənarları ağ, qırmı­
zı rəngli diliklərlə tərtib edilmişdir. Diliklərin kənarları mər­kəzdəki
medalyonda qırmızı, aşağı hissədəki medalyonda isə qara rəngli
“su”larla tamamlanır. Medalyonların sağ və solunda hər tərəfdə qoşa
“T” şəkilli motivlər işlənmiş çıxıntılar, yuxarı və aşağı hissələrdə isə
şaquli istiqamətli ağacabənzər və üfüqi istiqamətdə kənarları qarmaq­
lı elementlər tərtib edilmişdir. Bu elementlərin arasındakı boşluqlar
dördləçəkli, sək­kizlə­çəkli güllərlə bəzədilmişdir.
Xalçanın ara sahəsinin sağ və solunda bir-birinin ardınca düzülmüş
dördləçəkli güllər işlənmişdir. Rapportlardakı boşluqlar “cütbuynuz”
və güllərlə doldurulmuşdur.
Xalçanın ara sahəsindəki qəhvəyi yerlikli rapportların kənarları sa­
rı rəngli dilikli dalğalarla, yaşıl yerlikli rapportların kənarları isə ağ
rəngli “siçandişi”lərlə bəzədilmişdir.
Xalçanın tünd-qəhvəyi yerlikli enli haşiyəsi səkkizbucaqlı həndəsi
medalyonlarla tərtib edilmişdir. Bu həndəsi medalyonların içə­ri­sin­də
səkkizguşəli ulduzlar vardır. Me­dal­yonlar və ulduzlar tünd-qırmızı,
tünd-qəhvəyi, sarı, ağ, sürməyi, tünd və açıq-yaşıl rənglərlə tərtib
edilmişdir. Ulduzların kənarları “su”larla işlənmişdir. Haşiyə hər iki
tərəfdən sarı və qırmızı rəngli qırıq-qırıq xətlər və tünd-qırmızı rəngli
“su”larla tamamlanır.
1...,98,99,100,101,102,103,104,105,106,107 109,110,111,112,113,114,115,116