102
Talında toxunmuş xalçaların qeyri-adi gözəlliyə, parlaqlığına səbəb
onların zərif və parıltılı elastik yundan alınan iplərdən toxunmasıdır.
Burada toxunan xalçalarda rənglərin və rəng çalarlarının sayı 7-dən
10-a qədər, bəzən isə daha çox olmaqla dəyişir.Bu xalça sadə naxış
tərtibata malikdir. Zoğalı yerlikli ara sahənin əsas bəzəyi bir-birinin
ardınca şaquli istiqamətdə düzülmüş dörd səkkizləçəkli medalyonlar­
dan ibarətdir. Medalyonların kənarları daxildən ağ rəngli “su”larla,
xaricdən isə göy rəngli diliklərlə əhatə olunmuşdur. Medalyonların
içərisində tünd-qırmızı rəngli səkkizguşəli ulduzabənzər, nisbətən ki­
çik ölçülü medalyon yerləşdirilmişdir. Bu medalyonların mərkəzində
qəhvəyi rəngli rombvari element vardır. Rombvari elementlərin yu­
xarı, aşağı, sağ və sol hissələrində mavi rəngli oxşəkilli motivlər var­
dır. Medalyonun yuxarı, aşağı, mərkəzdəki sağ və sol guşələrindən
dörd tərəfə istiqamətlənən qollar alovlanan palmetta forması almış­
dır. Ağac gövdəsinə bənzəyən bu qollardan çiçəkli budaqlar şaxələnir.
Medalyonların digər guşələrində də çiçəkli budaqlar vardır.
Xalçanın ara sahəsinin boşluqları mavi, qəhvəyi, şəkəri, sürməyi,
qırmızı rənglərlə işlənmiş klassik elementlərlə və aşağı hissələrdə
stilləşmiş tovuzquşu motivləri ilə bəzədilmişdir.
Xalçanın ara sahəsinin kənarlarını mavi və qara rənglərlə işlənmiş
“su”lar əhatə edir. “Su”lardan ara sahəyə doğru istiqamətlənən ucu
haça formalı motivlər xalçaya xüsusi görünüş gətirir.
Xalçanın yuxarı hissələrdə açıq-qəhvəyi, aşağı hissələrdə isə yarı açıq
qəhvəyi və yarı tünd-qəhvəyi yerlikli ensiz haşiyəsi qara, qırmızı, ağ
və göy rənglərlə işlənmiş dalğavari xətlərlə tərtib edilmişdir. Xətlərin
arası tünd-qırmızı, sürməyi, mavi, şəkəri rəngli dördləçəkli güllərlə
bəzədilmişdir. Haşiyə daxildən zoğalı, mavi, sürməyi, xaricdən isə
şəkəri rəngli diliklər işlənmiş mədaxillərlə əhatə olunmuşdur. Mə­
daxillərin kənarları “su”larla tamamlanır.
Xalçada zoğalı, tünd və açıq-qəhvəyi, sürməyi və mavi rənglər üs­
tünlük təşkil edir. Rənglər bu bölgənin rəng palitrasına uyğun olaraq
ənənəvi surətdə uzlaşdırılmışdır.
1...,94,95,96,97,98,99,100,101,102,103 105,106,107,108,109,110,111,112,113,114,...116