100
Xalçanın ara sahəsində mərkəzdəki gölün alt hissəsində h. 1299 tarixi
vardır. Tünd-qırmızı yerlikli bu xalçanın ara sahəsində üç böyük ölçülü
altıbucaqlı göl yerləşdirilmişdir. Göllərin içərisində qırmızı yerlikli dörd­
bucaqlı medalyon vardır. Medalyonların kənarları sarı rəngli “su”larla
əhatə olunmuş, sağ və soldan qarmaqlı motivlərlə işlənmişdir. Me­dal­
yonların yuxarı və aşağı hissəsindəki üz-üzə tərtib edilmiş qar­maq­lardan
ağac forması alınmışdır. Türk xalqlarında ağaca, bitkiyə inam çox güclü
olmuşdur. Bu da onların mifik görüşləri ilə əlaqədar olmuşdur. Onlar
ağaca həmişə yaradıcı qüvvə kimi baxmışlar. Bir çox oğuz əfsanələrində
insanın, hətta ağacdan əmələ gəlməsi də qeyd olunur. Sürməyi yerlikli
gölün kənarları yaşıl rəngli “su”larla əhatə olunmuş, yuxarı və aşağı
hissələrdə buynuz motivləri ilə tamamlanır. Gölün kənarlarında sağ və
soldan eyni rəngli qarmaqlı elementlər işlənmişdir. Mərkəzdəki sürməyi
yerlikli gölün yuxarı hissələrində ara sahənin boşluqlarında rombvari
medalyonlar təsvir edilmişdir. Medalyonların içərisində qara yerlikdə
səkkizguşəli ulduz, yuxarı və aşağı künclərdə isə kiçik ölçülü rombşəkilli
motivlər vardır. Ulduzların yuxarı qoşa guşələri üzünü əks istiqamətə
çevirmiş quş başlarını xatırladır. Medalyonların kənarları qarmaqlarla
əhatə olunmuşdur. Xalçanın ara sahəsinin yuxarı hissəsindəki boşluq­
lar­da sağ və solda içərisində ulduzabənzər motivlər işlənmiş kənarları
qar­maqlı, nisbətən böyük ölçülü iki qara yerlikli rombvari medalyon
təsvir edilmişdir. Medalyonların içərisində üfüqi istiqamətdə içərisində
qırmızı, ağ qırıq-qırıq xətlər işlənmiş dördbucaqlı həndəsi element vardır.
Xalçanın ara sahəsinin aşağı künclərində dördbucaqlı elementlər vardır.
Ağ yerlikli bu elementlərin içərisində klassik motivlər işlənmiş, kənarları
isə dalğavari xətlərlə işlənmiş zolaqlarla əhatə olunmuşdur. Ara sahənin
boşluqlarında maral, keçi və quş təsvirləri vardır. Azərbaycan dekorativ
tətbiqi sənətində zoomorf və əfsanəvi obrazlar qədimdövrlərdən işlənərək
bəzədikləri əşyalara yüksək bədii məna vermişlər. Bu obrazlara quşlar,
heyvanlar, balıqlar və əfsanəvi mifik surətlər aid edilir. Quş təsvirləri
sə­nət nümunələri üzərində dəfələrlə rast gəlinən motiv olmuş bədii
ideya xüsusiyyətləri ilə əlaqədə inkişaf etmişdir. Bu surətlər əsrlər boyu
Azərbaycan incəsənətinin müxtəlif növlərində - metal məmulatlarında,
saxsı qablarda, parçada dönə-dönə işlənmişdir. Azərbaycan dekorativ
tətbiqi sənətində, o cümlədən xalçaların tərtibatında maral, keçi və digər
heyvanların təsvirlərinə də rast gəlinir. Bu obrazlar Qobustanın qayaüstü
təsvirlərində də vardır. Xalçanın ağ yerlikli haşiyəsi Qazaxın “Salahlı”
xalçaları üçün səciyyəvi olan ana haşiyəmotivləri ilə tərtib edilmişdir. Eyni
motivlər qırmızı yerlikli haşiyədə də yaşıl rənglərlə işlənmişdir. Haşiyələr
göy rəngli “su”lar və ağ rəngli “siçandişi”lərlə əhatə olunmuşdur.
1...,92,93,94,95,96,97,98,99,100,101 103,104,105,106,107,108,109,110,111,112,...116