104
Xalça Qazax kompozisiyası əsasında toxunmuşdur. Xalçanın yuxarı
hissəsində h. 1312 tarixi vardır.
Xalça sənətinin ilk inkişaf dövrünə aid olan və sadə dolama texni­
kası ilə toxunan kilimlərin naxışları gəzməli və yaxud gəzməsiz olur.
Kilimlərdən, adətən alaçıqlarda, dəyələrdə və toyxanalarda istər daxi­
li bəzək-döşəmə, istərsə də xarici örtük kimi istifadə edilirdi.
Kilimlərdən yas mağarının daxili döşəməsində də istifadə edilirdi və
bu, hal-hazırda da Azərbaycanın əksər bölgələrində davam edir.
Xalçanın əsas bəzəyi üfüqi istiqamətdə tərtib edilmiş enli və ensiz
rapportlardan ibarətdir. Enli rapportlarda “cütbuynuz” motivləri iş­
lənmişdir. Bu motivlərin arasında kənarları pilləli klassik elementlər
vardır. Bu klassik elementlər “cütbuynuz” motivlərinin mərkəzində
də rəngləri bir-aşırı dəyişdirilərək təsvir edilmişdir.
“Cütbuynuz” motivləri ağ yerlikli rapportlarda tünd-qırmızı, sür­
məyi, yaşıl, göy rənglərlə, sürməyi yerlikli şəkəri, qırmızı, ağ, açıq-
qəh­vəyi, tünd-qırmızı yerlikdə isə açıq-yaşıl, sürməyi, sarı rənglərlə
işlənmişdir. Ensiz rapportlarda “damğa” adlandırılan elementlər təs­
vir edilmişdir. Bu elementlər tünd-yaşıl yerlikdə qırmızı, qara qırmızı
yerlikdə sarı, göy, ağ yerlikdə qırmızı və zoğalı, göy yerlikdə şəkəri və
qırmızı rənglərlə tərtib edilmişdir.
Azərbaycan dekorativ-tətbiqi sənətinin müxtəlif sahələrində, o cüm­
lədən xalçaçılıqda təsvir edilən “cütbuynuz” və “damğa” motiv­lərinin
tarixi çox qədimdir.
Xalçada kontrast rənglər üstünlük təşkil edir. Ahəngdar surətdə tək­
rarlanan rapportlarda rənglər bir-birini əvəz edərək, çox baxımlı rəng
düzümü yaradılmışdır.
1...,96,97,98,99,100,101,102,103,104,105 107,108,109,110,111,112,113,114,115,...116