108
Bu xalçanın kompozisiyası ara sahə, ana haşiyə və iki bala haşiyədən ibarətdir.
Ara sahənin aşağı hissəsində sol tərəfdə h. 1317 tarixi vardır. Al qırmızı yerlikli ara
sahədə sürməyi rəngli böyük ölçülü göl yerləşdirilmişdir. Gölün sağ və solunda
hər iki tərəfdə dörd həndəsi formalı çıxıntılar vardır. Gölün kənarları daxildən
qırmızı rəngli dilikli, xaricdən isə yaşıl rəngli mədaxillərlə əhatə olunmuşdur.
Yaşıl mədaxillərdə mavi, qırmızı, sarı, ağ rənglərlə işlənmiş çiçək təsvirləri var­
dır. Gölün içərisində xalça boyu şaquli istiqamətdə ağac və səkkizguşəli ulduz
motivləri təsvir edilmişdir. Gölün çıxıntılı sahələri də səkkizguşəli ulduzmotivləri
ilə bəzədilmişdir. Azərbaycanın nəbati naxışları içərisində əksər hallarda kiçik,
bəzən isə böyük ölçüdə işlənən ağac təsvirləri xalça və xalça məmulatlarında,
o cümlədən dekorativ-tətbiqi sənətin müxtəlif sahələrində çox geniş yayılmış­
dır. Azərbaycanın zəngin təbiətindən götürülmüş bu təsvir formaları (yarpaq,
budaq, çiçək, ağac, kolların şaxələri və s.) xalqın torpaqla, təbiətlə sıx əlaqədə
olmasını göstərir. Ağac təsvirləri əksər hallarda böyük sahələrdə, bəzən isə ki­
çik ölçülü doldurucu elementlər kimi işlənmişdir. Azərbaycan dekorativ-tətbiqi
sənət nümunələrində təsvir edilən ağac motivi həm nəbati, həm də emblem
mahiyyətli bəzək nümunələri sırasına daxildir. Ağac motivi çox qədimlərdən
xalq arasında zənginliyin, bolluğun, baharın, bir sözlə, diriliyin nişanəsi kimi
müqəddəsləşdirilmiş və qərinələr ötdükcə sənət əsərlərində müxtəlif formalar­
da təsvir edilmişdir. Azərbaycanın əksər bölgələrində olan ağac pirlərinə sitayiş
onun keçmiş emblemmatik mahiyyətinin itirilmədiyinə bir daha sübutdur. Xal­
çanın ara sahəsinin boşluqlarında və gölün içərisindəki çıxıntılarda təsvir edilən
səkkizguşəli həndəsi motiv də çox aydın nəzərə çarpır. Azərbaycan xalçalarının
naxışları sahəsində aparılmış elmi araşdırmalar göstərir ki, bir çox həndəsi for­
malar (düz, dalğavari, qırıq, üç, dörd, beş, altı, səkkiz, on ikiguşəli ulduzlar, üçbu­
caq, dördbucaq, dairə və s.) çox qədimlərdən inkişaf edərək, ənənəvi forma alıb
öz mahiyyətini itirməmiş və son dövrlərə qədər xalçalarda və dekorativ tətbiqi
sənətin bütün sahələrində dönə-dönə təsvir edilmiş və hal-hazırda edilir. Xalça­
nın ara sahəsinin aşağı hissəsinin künclərində kənarları oxşəkilli “göl içi” adlan­
dırılan motivlər təsvir edilmişdir. Bu motivin mərkəzində sürməyi, yaşıl rəngli
“dörd­ünsür” elementi yerləşdirilmişdir. Sürməyi və yaşıl rənglər bir-birindən
qırmızı qırıq-qırıq xətlərlə ayrılır və kənarları ağ, qırmızı rəngli “siçandişi”lərlə
tamamlanır. Sürməyi yerlikli ana haşiyə qırmızı dalğavari dilikli xətlərlə tərtib
edilmişdir. Dalğavari xətlərin arasındakı boşluqlar “çapar” adlandırılan “rəhil”i
(kitab qoymaq üçün) xatırladan qırmızı, yaşıl, ağ, mavi rənglərlə işlənmiş
motivlərlə doldurulmuşdur. Ana haşiyəni daxildən yaşıl yerlikli, xaricdən isə
mavi yerlikli bala haşiyələr əhatə edir. Mavi yerlikli haşiyə yaşıl, ağ, sürməyi,
qırmızı, sarı, açıq və tünd-qəhvəyi rəngli butalarla bəzədilmişdir. Haşiyələr
“siçandişi”lərlə əhatə olunmuşdur. Xalçanın rəngləri ənənəvi qanunauyğunluq­
la və peşəkarlıqla tərtib edilməklə göz oxşayan bir görünüş yaradılmışdır.
1...,100,101,102,103,104,105,106,107,108,109 111,112,113,114,115,116