78
“Arsalan” xalçası əl işidir, xovludur, yundan toxunub. Toxunma texnikası türkbaf­
dır. Xalça Quba qrupuna aiddir. Şabran rayonunun Rəhimli kəndində toxunmuş­
dur.
İrili-xırdalı beş haşiyə zolağından ibarət olan yeləndə dörd zolaq paralel toxunub.
Onlar çiçəklərdən və “svastika”ya bənzər quruluşda olan elementlərdən ibarətdir.
Xalçanın ana haşiyə zolağı iç-içə hörük formada toxunmuş mürəkkəb və mücərrəd
həndəsi elementlərdən ibarətdir.
Ara sahə sürməyi rənglidir. Xalça təkgöllüdür. Yəni burada bir-birinə biti­şik sil­
siləvi beş göl toxunsa da, onlar tək bir cərgədə xalçanın mərkəzində yer­ləş­di­ril­
mişlər. Göllərin ətrafları pilləlidir. Ara sahə isə göllərdə qırmızı rəngdə toxunub,
öz çalarları ilə xalçanın ümumi rəng ahənginə yaraşıq verir. “Üçləçəkli” yarpaq,
quş və s. zoomorf elementlər, həndəsiləşdirilmiş çiçək təsvirləri, özünün tarixi və
semantikası ilə seçilir.
“Üçləçəkli” yarpaqlar həyat ağacının nişanəsidir. Bu element qədim tarixə malik­
dir. Hətta Zərdüştilik dövründə belə kahinlərin obrazı nəqş edilmiş əşyalar üzərində
alovla birgə “üçləçəkli” yarpaqlar da təsvir edilmişdir. Bu element əbədi həyat sim­
voludur, müqəddəslik, cücərti rəmzidir.
İkibaşlı quş mifoloji obrazdır. Xalça üzərində onun bir neçə yerdə simmetrik şə­
kildə toxunduğu müşahidə olunur. Başında tac olan quş isə tovuz quşudur. Bu quş
obrazına Azərbaycanın bədii tikmələrində və xalçalarında tez-tez rast gəlinir. Be­
lə ki, tovuz quşu da qədim türk inanclarına görə günəşin elçisi sayılır, odu, alovu
tərənnüm edir.
“Arsalan” xalçası öz rəng çalarlarına görə çox baxımlıdır. Haşiyə zolaqları üzərində
toplanmış incə naxışların hər biri öz rəngləri ilə muncuğu xatırladır.
Xalçada heç bir təmir-bərpa işləri aparılmamışdır. Xalçanın saxlanma vəziyyəti
əladır. Xalça tarixi, bədii, elmi əhəmiyyət kəsb edir.
1...,70,71,72,73,74,75,76,77,78,79 81,82,83,84