72
“Əjdahalı” xalçası Qubada toxunan çox nadir nümunələrdəndir. Xalça əl işi­
dir, yundan toxunub. İncə, zərif toxunuşa, yüksək ilmə sıxlığına, parlaq rənglərə
malik­dir. Quba rayonunun Afurca kəndində toxunmuşdur. Xalça ara sahə və iki
cərgədən ibarət olan haşiyə zolağından ibarətdir. Kənar haşiyədə budaqlar üzərində
qərənfillər toxunub. İkinci iç haşiyə üzərində isə “qarmaq” motivləri ardıcıl olaraq
bərabər yerləşdirilib. Xalçanın ara sahəsinin rəngi sürməyidir. Ümumiyyətlə, Quba
xalçalarının əksəriyyətində yerlik sürməyi çalarda toxunur və bu rəng səmanın
rəngini əks etdirir. Bu xalçadakı “açıq səma” üzərində isə çox zəngin naxışlar toxu­
nub.
Xalçanın mərkəzində toxunmuş al-qırmızı rəngli, pilləli göllər diqqəti çəkir. Bu
xal­çanı digərlərindən fərqli edən özəl naxışdır. Bu da gölləri baş və ətək hissədən
diaqonal formada əhatə edən, başları qarmaqvari, uzunsov formalı “əjdaha” ele­
mentləridir. Azərbaycanın bir çox xalçalarında bu naxışa rast gəlmək olar. Məsələn:
“Alpan”, “Qasımuşağı”, həmçinin Qarabağda toxunan digər bədii quruluşlu “Əjda­
halı” xalçaları da mövcuddur. Eyni kompozisiyaya bəzən Qubanın “Sumax” xov­suz
xalçalarında da rast gəlinir.
Bu “Əjdahalı” xalçası çox orijinaldır. Xalça üzərində toxunmuş naxışların təsvir
forması xalçanın qədimliyini sübut edir. Əjdaha elementi isə gölləri hər iki tərəfdən
əhatə edir. Onlar üfüqi və şaquli istiqamətlərdə paralel toxunmuşlar. Türkdilli xalq­
ların sənət tarixində əjdaha motivi yalnız müsbət, xeyirxah qüvvələri təmsil edir. Bu
mənada da əgər xalçanın yerliyi səmanı, üzərindəki göl günəşi təmsil edirsə, onda
əjdaha onların qoruyucu qüvvəsi hesab edilə bilər.
Xalçanın ara sahəsini bəzəyən digər köməkçi elementlər də məzmun baxımından
çox maraqlıdır. “Üçləçəkli yarpaq”, “çərxi-fələk”, kiçik ölçüdə mərkəzdə toxunmuş
zoomorf elementlər – onların hər biri yerlikdən seçilən müxtəlif çalardadırlar. Bu
rəngarənglik xalçanı daha baxımlı edir.
Gölün içərisində olan səkkizbucaqlı ulduz, düzbucaqlı, üçbucaq, romb, “S” naxışı,
çiçəklər də xalçanın gizli mənalarını özlərində yaşadırlar.
Əgər səkkizbucaqlı ulduz yerin başlanğıc nöqtəsi kimi şərti məna daşıyırsa, onda
düzbucaqlı – dörd ünsürü, dörd qütbü, üçbucaq – uca tanrıya ucalan yolu göstərən
işarə kimi yozulur. “S” suyu, həyatı, paklığı, çiçəklər də əbədi həyatı andırırlar.
Xalçanın saçaq hissəsində kiçik təmir-bərpa işləri aparılmışdır. Xalçanın saxlanma
vəziyyəti əladır. Xalça tarixi, bədii, elmi əhəmiyyət kəsb edir.
1...,64,65,66,67,68,69,70,71,72,73 75,76,77,78,79,80,81,82,83,...84