68
“Pirəbədil” xalçası Quba toxuculuq qrupunun bütün dünyada tanınan ən məşhur
xalçalarındandır. Təqdim olunan “Pirəbədil” xalçası Şabran rayonunun Dağ Bi­
lici kəndində toxunub. Xalçanın ərişi, arğacı və xovu yundandır. Əl işidir. Xalça
sürməyi yerlikli ara sahədən, üç iri, iki kiçik ölçülü haşiyə zolağından ibarətdir. Ye­
lən (haşiyə) zolaqlarını bir-birindən ayıran isə ağ rəngli “su”lar və zərif toxunuşlu
“alamuncuq”dur.
Bu xalçada toplanan naxışlara qədim dövrə aid dekorativ-tətbiqi sənətin müxtəlif
nümunələri üzərində rast gəlinir. İstər haşiyə, istərsə də ara sahənin naxışlarının
əksər hissəsi rəmzi mahiyyət daşıyaraq, semantik mənalarla çıxış edirlər. Haşiyə
zolağını bəzəyən stilizə edilmiş yarpaqlar, səkkizbucaqlı ulduzlar, dolanbac kimi
elementlər Azərbaycan xalqının qədim inancları ilə bağlıdır. Bu gün xalçalarda rast
gəlinən yarpaq, ağac təsvirləri hələ eradan əvvəlki dövrlərdə gil qablar üzərində də
təsvir olunub. Onlar əbədi həyat simvolu kimi yozulur. Səkkizbucaqlı ulduz astral
kultlara sitayişlə bağlıdır, onu antik dövrün sənət nümunələrində müşahidə etmək
olar. Buna misal olaraq, Naxçıvanın Şərur rayonunda aparılmış arxeoloji qazıntılar
zamanı tapılmış saxsı qab parçasını göstərmək olar.
Xalçanın digər kiçik haşiyələrini dolduran “dolanbac” naxışlar isə hələ çox qədim
zamanlarda insanların təbiət qüvvələrindən qorxub, sitayiş etdikləri etiqadlarla
bağlıdır. Bu mənada “dolanbac”, məsələn, ildırımın çaxdığı zaman onun səbəbini
bil­mədikləri üçün ondan qorxub, bu qüvvəni ilahiləşdirən kəslərin inamından ya­
ran­mışdır.
Xalçanın ara sahəsini bəzəyən naxışlar da çox zəngin bədii və semantik məzmuna
malikdir. Burada totemlərlə bağlı inanclardan irəli gələn “buynuz” elementi xal­
çanın əsas mərkəz hissəsində yerləşdirilib. Quşlar pak, müqəddəs ruhların hamisi
sayılır. Müqəddəs odun qarşısında baş əyib, sitayiş edən insan – bu kiçik təsvir ilk
baxışdan diqqəti çəkməsə də, alovun bütöv dilimləri və əllərini odun qarşısında qal­
dırmış insan silueti çox böyük məharətlə bütün xalçalarda toxunur. Təsvir edilən bu
motiv Zərdüştilik zamanından “Pirəbədil” xalçasında qalmış bir nişanədir.
Xalçanın digər doldurucuları da müstəqil atəşpərəstlik elementlərindən ibarət­dir.
Romb, qarmaqlı, “S” işarəsi, ulduz, xaçabənzər və nəbati elementlərin hər biri mü­
əyyən məlumatı çatdırır. Romb əbədi artım, bərəkət, “S” işarəsi su, yəni həyat sim­
voludur. “Ulduz” astral inanclarla bağlı, “qarmaq” isə artıq heraldik mahiyyət kəsb
edən damğadır.
“Pirəbədil” xalçasının rəng ahəngi də daha çox sürməyi və açıq-qəhvəyi rənglərdən
ibarət olur. Xalçanın yunu təbii boyaq ilə boyanıb. Bu səbəbdən də xalça üzərində
əsas rənglər və yarımtonlar bugünədək solmayıb, öz təravətini saxlamaqdadır.
Xalçada heç bir təmir-bərpa işi aparılmamışdır. Saxlanma vəziyyəti əladır. Xalça
tarixi, bədii və elmi əhəmiyyət kəsb edir.
1...,60,61,62,63,64,65,66,67,68,69 71,72,73,74,75,76,77,78,79,80,...84