74
Zərif, incə toxunuşlu “Alpan” xalçası Quba rayonunun Susay kəndində toxun­
muşdur. Xalça əl işidir, xovlu toxunuşludur. Ərişi, arğacı və xovu yundandır.
“Alpan” xalçası ara sahə və haşiyə zolağından ibarətdir. Haşiyə zolağını beş müs­
təqil zolaq təşkil edir, onlar da həndəsi formalı incə, zərif naxışlarla bəzədilib. Haşiyə
zolaqlarını bir-birindən “su”lar ayırır. Yelən hissəsində toxunan əsas naxışlar isə
həndəsi elementlərdən ibarətdir. “Hörük”, “caynaq”, “pilləli” həndəsi elementlər,
çi­çəklər – bu naxışların hər birinin öz bədii quruluşu, semantikası və qədim tarixi
vardır.
Ara sahəni bəzəyən naxışlar da çox müxtəlif bədii quruluşa malikdir. Bu naxışlar
bütün ara sahəni harmonik şəkildə bəzəyir. Onlar, nəinki bədii quruluş baxımın­
dan, hətta semantik məzmununa görə də bir-birlərini tamamlayır. “Ağac”, “əjdaha”,
“səkkizgüşəli ulduz”, iç-içə keçirilmiş “ilmə” təsviri, düzbucaqlı, pilləli göllər, altı­
bu­caqlı, romb və s. naxışların hər biri fərqli rənglərlə toxunub. Bu rənglər bir-bir­
lə­­rindən fərqlənir, eyni zamanda, onlar arasında harmoniya vardır. Sarı, mavi, ağ,
qır­mızı, sürməyi, şəkəri rənglərin hər biri yarımton halındadır. Xalçanın yun sap­
ları, sözsüz ki, təbii boya ilə boyanmışdır. Toxunduğu vaxtdan artıq bir əsrdən çox
müddət keçir. Rənglər öz təravətini itirməmişdir. Getdikcə daha şəffaf tonlara çev­
rilmişdir.
Xalçaya iki tərəfdən baxmaq mümkündür. Yəni naxışlar hər iki tərəfdən baxımlı­
dır, eyni səciyyə daşıyır. Uzun gövdə boylu, kökləri və budaqları görünən ağac təs­
viri insan həyatının üçfazalı olduğuna işarədir. Gövdə hissəsi insanın ömür sür­düyü
zaman, köklər yarandığı dövr, budaqlar isə insanın dünyasını dəyişib əbədiyyətə
qovuşduğu fazanı bildirir. Xalçanın üzərindəki “əjdaha” motivi bu ağacları müdafiə
edib qoruyan bir qüvvə kimi çox dəyərlidir.
Naxışların çoxu mücərrəd xarakter daşıyır. Yəni real naxışların improvizə edilmiş
tərzində toxunmuşlar. Diqqətlə baxdıqda, onların nə olduğunu təsəvvür etmək olur.
Bu, toxucunun məharətindən, bacarığından irəli gəlir. Xalça isə sərf edilmiş böyük
səy nəticəsində çox yüksək keyfiyyətli texnoloji və bədii xüsusiyyətlərə malikdir.
Xalçada heç bir təmir-bərpa işi aparılmamışdır. Xalçanın saxlanma vəziyyəti
əladır. Xalça tarixi, bədii, elmi əhəmiyyət kəsb edir.
1...,66,67,68,69,70,71,72,73,74,75 77,78,79,80,81,82,83,84