70
“Qollu-Çiçi” xalçası Quba qrupunun çox tanınmış xalçalarından biridir. Qubanın
ən uca yüksəkliyində yerləşən Çiçi kəndində toxunub. Materialı yundur, əl işidir.
Toxuma texnikası türkbafdır. Xalça orijinaldır.
Bu xalçanın kompozisiya quruluşu haqqında bir çox fikirlər vardır. Çeşninin xa­ric­
dən Azərbaycana gətirilmiş parça nümunəsindən götürüldüyü, bəzən isə Qızılbaş­
ların çalmalarının ön tərəfində olan diaqonal zolaqla əlaqəsi olduğu da israr edilir.
Xalça ara sahə və haşiyə zolağından ibarətdir. Haşiyə zolağı üç hissədən ibarətdir.
İlk kənar haşiyə zolağı başdan- başa “qarmaq” elementinin təsvirlərindən ibarətdir.
Bu naxış xalçaya canlanma, hərəkət effekti gətirir. İkinci, yəni ana haşiyə zolağının
yerliyi sarı rəngdə olub, üzərində qırmızı yerlikli çiçəklər toxunmuşdur. Nəhayət,
üçüncü haşiyə zolağında “ziqzaq” naxışının mavi və sarı rənglərlə toxunduğu görü­
nür. Hər üç yelən zolağı təsadüfi toxunmayıb. Onlar toxucu qadının qan yaddaşın­
dan süzülüb gələn inanclar, etiqadlar və mistik dünyagörüşləri ilə bağlıdır.
Xalçanın ara sahəsinin rəngi çox uğurludur. Şəkəri rəngli ara sahə ilə haşiyə zola­
ğının şəkəri yerliyi arasında bir bağlantı vardır. Ara sahə iki ədəd girintili-çıxıntı­lı,
diaqonal istiqamətdə qolabənzər göl elementlərindən ibarətdir. Onlar qırmızı, qəh­
vəyi, sürməyi, yaşıl tonların köməyi ilə daha baxımlıdırlar. Ara sahənin bütün səthi
boyu güllər, budaqlar, ağaclar, “S” işarəsi, kvadrat, romb və s. mücərrəd naxış­lar
yer­ləşdirilmişdir. Hər elementin öz açması, hər naxışın öz yaranma tarixi vardır. Bu
elementlərin çoxunun tarixi eradan əvvəlki dövrlərə gedib çıxır. Həyat ağacı əbədi
həyat, gül-çiçəklər cənnətin rəmzi, kvadrat dörd qütbə işarədir. Lakin bu­nun digər
açması da vardır ki, o da svastika – od, alov, su və havanı təmsil edən de­­məkdir.
Xalça bütövlikdə öz koloriti ilə çox uğurlu rəng həllini tapmışdır; yüksək sıxlığa
ma­likdir. Bədii və texniki baxımdan əvəzsiz nümunədir.
Xalçada heç bir təmir-bərpa işi aparılmamışdır. Xalçanın saxlanma vəziyyəti
əladır. Xalça tarixi, bədii, elmi əhəmiyyət kəsb edir.
1...,62,63,64,65,66,67,68,69,70,71 73,74,75,76,77,78,79,80,81,82,...84