70
Xalçanın bədii quruluşu ara sahə və haşiyə hissəsindən ibarətdir. Ara sahənin əsas
bəzəyi şəbəkələr içərisində işlənmiş bitki motivlərindən ibarətdir. Kənarları qara
rənglə işlənmiş şəbəkələrdəki bitki motivlə­ri kiçik ölçülü olmasına baxmayaraq, sarı
yerlikdə çox aydın nəzərə çarpır. Bitki motivləri zoğalı, mavi, açıq-yaşıl, sarı, qırmızı
rənglərlə iş­lənmişdir. Bitki motivləri üfüqi, maili və şaquli istiqamətdə, formasına
və rənginə görə fərqli tərtib edilərək, orijinal naxış və rəng düzümü yaradılmışdır.
Xalçanın yuxarı hissəsində “mehrab” vardır. Mehrabın kənarları
diliklərlə işlənmişdir. Ara sahənin boşluqlarında, mehrabın sağ və so-
lunda təsvir edilən motivlər digər şəbəkə və bitki motivləri ilə eynidir.
Ara sahənin kənarları sürməyi, zoğalı “mollabaşı”larla tamamlanır.
Xalçanın sürməyi yerlikli ana haşiyəsi zoğalı, sarı, sürməyi, mavi, qırmızı, şəkəri,
açıq-qəhvəyi, açıq-yaşıl rənglərlə işlənmiş “çaxmaq” mo­tivləri ilə bəzədilib. Bəzi to-
xucular bu motivləri “tilov” adlandırır. Ana haşiyə hər iki tərəfdən zoğalı, mavi,
açıq-yaşıl, sürməyi, tünd-qəh­­vəyi rənglərlə tərtib edilmiş, zəncirvari düzülüşlə dü-
zülmüş budaqlar və güllərlə bəzədilmişdir. Xarici bala haşiyə xaricdən mavi, qır­
mızı, daxildən ağ, qırmızı, daxili haşiyə isə xaricdən ağ, qırmızı, daxildən isə mavi,
qırmızı “siçandişi”lərlə tamamlanır.
Xalçanın rəng tərtibatı ənənəvi qanunauyğunluqla həll edilib. Rəng tarazlığı
yüksək peşəkarlıqla saxlanılıb.
Xalçanın xovu və ərişi yun, arğacı isə pambıqdandır. Saxlanma və­ziyyəti tamdır.
Xalça bədii, tarixi, elmi əhəmiyyət kəsb edir.
1...,62,63,64,65,66,67,68,69,70,71 73,74,75,76