60
Xalçanın adı Qəbələ rayonunun Duruca kəndinin adı ilə bağlıdır. Bu tipli xalçalar
müxtəlif yerlərdə toxunmasına baxmayaraq “Duruca” adlanır.
Sürməyi yerlikli bu xalçanın əsas bəzəyi ara sahədə yerləşdirilmiş üç böyük ölçülü
rombşəkilli göldən ibarətdir. Göllərin kənarları “Duruca” xalçaları üçün səciyyəvi
olan diliklərlə işlənmişdir.
Eyni formaya malik olan yuxarı və aşağı hissədəki göllər eyni rənglə, mərkəzdəki
göl isə fərqli rənglərlə tərtib edilmişdir.
Yuxarı və aşağı hissədəki göllər solmuş qırmızıya-çəhrayıya çalan yerliklə, mər­
kəz­dəki göl isə sarı yerliklə təsvir edilib. Göllərin içərisindəki altıbucaqlı formaya
malik olan medalyonun kənarlarındakı sürməyi yerlikli zolaqlarda dördləçəkli çi­
çəklər, mərkəzdəki gölün içərisindəki medalyonun zoğalı rəngli zolağı isə dördbu-
caqlı elementlərlə işlənmişdir. Dördbucaqlı elementlərin içərisi üçbucaqlı hissələrə
bölünüb.
Xalçanın ara sahəsinin boşluqlarında böyük ölçülü göllərlə eyni formaya malik
kiçik ölçülü, kənarları dilikli göllər, mərkəzdəki gölün aşağı hissəsində, ara sahənin
boşluqlarında isə çarpazlaşan budaqlarında həndəsi formalı dördləçəkli güllər iş­
lənmiş ağac motivləri təsvir edilib.
Ara sahənin aşağı künclərində zoğalı, şəkəri rənglərlə işlənmiş qarmaqlı ele­ment­
lər vardır.
Xalçanın haşiyə hissəsi mürəkkəb kompozisiya quruluşuna malikdir. Şəkəri yer­
likli ara haşiyə sarı, narıncı, zoğalı, sürməyi, çəhrayı rənglərlə işlənmiş səkkizlə­çək­li
güllərlə bəzədilmişdir. Güllərin arasındakı boşluqlarda budaqlar vardır. Ara haşiyə
hər iki tərəfdən sürməyi yerlikli bala haşiyələrlə əhatə olunub.
Bala haşiyələr qırmızı, narıncı, şəkəri, sarı, ağ, çəhrayı rəngli cüzi nəzərə çarpan
“buy­nuz” motivləri ilə işlənmiş elementlərlə bəzədilib. Kərpici-çəhrayı yerlikli bala
haşiyələr dalğavari, “X”-ə bənzər budaqlarla işlənmişdir. Budaqlar sürməyi rənglə,
üzərindəki çiçəklər zoğalı, sürməyi, açıq-yaşıl, açıq-qəhvəyi, yarpaqlar isə ağ rənglə
tərtib edilmişdir. Ana və bala haşiyələri əhatə edən zoğalı yerlikli mədaxillər cüzi
nəzərə çarpan paxlavavari motivlərlə bəzədilib. Paxlavavari motivlər sürməyi, şə­
kəri, açıq-qəhvəyi, ağ, kənarları isə çəhrayı, şəkəri “su”larla tamamlanır.
Xalça çoxsaylı rəng düzümünə malikdir. Rənglər yüksək peşə­kar­
lıqla paylaşdırılmış, müxtəlif rənglərin bir-birini əvəz etməsi nə­ti­
cəsində xüsusi ahəng yaradılmışdır.
Xalçanın xovu və ərişi yun, arğacı isə pambıqdır. Saxlanma və­ziy­
yəti əladır. Xalça bədii, tarixi, elmi əhəmiyyət kəsb edir.
1...,52,53,54,55,56,57,58,59,60,61 63,64,65,66,67,68,69,70,71,72,...76