62
Şirvan qrupuna daxil olan bu xalça müxtəlif kompozisiya quruluşuna malikdir.
Xırdagüllü və yaxud xırda elementli xalçalardan fərq­li olaraq, bu tipli xalçalarda ara
sahənin əsas bəzəyini böyük ölçü­lü göllər və yaxud xonçalar təşkil edir. Mavi yer-
likli bu xalçanın ara sahəsində iki böyük ölçülü göl yerləşdirilmişdir. Qırmızı yer-
likli göllərin içərisində səkkizbucaq­lı medalyon vardır. Medalyonla­rın yer­liyi qara,
içərisindəki elementlər sarı, zoğalı, ağ rənglərlə işlən­mişdir. Göllərin içərisindəki
iki hissəyə bölünmüş üçbucaqlı və cüzi nəzərə çarpan rombşəkilli elementlər
özünəməxsus orijinallığı ilə seçilir. Medalyonların kənarları içərində açıq-yaşıl, qır-
mızı dördbucaqlı motivlər işlənmiş ağ yerlikli haşiyə ilə əhatə olunub. Medalyonlar
xaricdən sarı, qara rəngli “Z”şəkilli elementlərlə tamamalanır. Medal­yonların yuxa-
rı və aşağı hissələrin­də və iki medalyonu birləşdirən his­sədə (mərkəzdə) rombşəkilli
“qübbə”lər vardır. Əsas elementlər qrupuna daxil olan “qübbə”lər, adətən, xalça
kompozisiyasında böyük göllərin başında (qurtaracağın­da) yerləşir. Xalça ustaları
bu ele­mentləri “başlıq” və ya “heykəlbaşı” ad­­landırırlar. Kompozisiyada bağlayıcı
funksiyasını daşıyan bu ele­mentlər bəzən təklikdə, yəni sər­bəst şəkildə də işlənirlər.
Göllərin qırmızı yerlikli boşluqlarında dördləçəkli, səkkizləçəkli gül-çiçək, “S”-ə
bənzər, stilləşmiş quş və digər klassik elementlər təsvir edilmişdir. Bu elementlər ağ,
sarı, mavi, qara rənglərlə işlənib. Göllərin kənarları pil­ləli və çıxıntılıdır. Çıxıntılar
və pillələr qırmızı, sarı, qara, yaşıl, ağ “su”larla tamamlanır. Ara sahənin boşluqları
dördləçəkli, səkkizləçək­li gül-çiçək “S”ə bənzər, rombşəkilli elementlərlə doldurul-
muşdur. Bu elementlər qırmızı, yaşıl, sarı, qəhvəyi, ağ, zoğalı rənglərlə işlənib.
Xalçanın ağ yerlikli ana haşiyəsi zoğalı, mavi, sürməyi, sarı, yaşıl, yasəmən
rəngli “çaxmaq” adlandırılan motivlərlə bəzədilib. Bu üç­bu­caq formalı hissələrdə
stilləşmiş quş fiqurları vardır. Ana haşiyə da­xildən zoğalı, xaricdən isə qara yerlikli
bala haşiyələrlə əhatə olunub. Bala haşiyələrdə zoğalı, şəkəri, sürməyi, yaşıl, sarı,
qəhvəyi, ağ rənglərlə işlənmiş səkkizləçəkli güllər təsvir edilib. Zoğalı yerlikli bala
haşiyə xaricdən, qara yerlikli bala haşiyə isə hər iki tərəfdən ağ rəngli “siçandişi”lərlə
tamamlanır. Mürəkkəb naxış tərtibatına malik olan bu xalçada rənglər də çoxsay-
lıdır. Xalçada on rəngdən istifadə edilmişdir. Ara sahədə işlədilən rənglər haşiyə
motivlərində də təkrarlanır. Xalçada rəng tərtibatı ənənəvi qanunauyğunluqlar
əsasında həll edilmişdir.
Xalçanın xovu və ərişi yun, arğacı isə pambıqdandır. Sax­lanma
vəziyyəti tamdır. Xalça bədii, tarixi, elmi əhə­miyyət kəsb edir.
1...,54,55,56,57,58,59,60,61,62,63 65,66,67,68,69,70,71,72,73,74,...76