66
Açıq-qırmızı yerlikli bu kilimin ara sahəsində şaquli istiqamətdə düzülmüş böyük
ölçülü göllər təsvir edilmişdir. Göllər sürməyi, sarı, firuzəyi yerliklə tərtib edilmişdir.
Göllərin içərisində kənarları qarmaqlı medalyonlar yerləşdirilib. Göllərin kənarları
pilləlidir. Ara sahənin yuxarı hissəsindən aşağı hissəyə doğru istiqamətlənən zo­
ğalı-yaşıl-sürməyi, sarı-qırmızı-yaşıl-sürməyi rənglərlə işlənmiş kvadratşəkilli
elementlər müxtəlif rənglərlə tərtib edilmiş gölləri bir-birinə birləşdirir və ara
sahənin ümumi kompozisiyasına xüsusi görünüş gətirir.
Ara sahənin sağ və sol hissəsindəki boşluqlar “kilimgülü” adlanan klassik
elementlərlə doldurulmuşdur. Bu elementlər altıbucaqlı kiçik ölçülü medalyonların
içərisində müxtəlif yerlikdə tərtib edilmişdir.
“Kilimgülü” adlanan elementlərin rəngi biraşırı də­yiş­dirilərək xal-
çada xüsusi gözəllik yaradılmşdır.
Xalçanın sürməyi yerlikli ara haşiyəsi Şirvan kilimləri üçün xarakte-
rik olan müxtəlif klassik elementlərlə bə­zə­dilmişdir.
Ara haşiyə daxildən şəkəri yerlikli, xaricdən isə sarı yerlikli haşi­yələrlə əhatə olu-
nub. Şəkəri yerlikli haşiyədəki motivlərin rəngi ara sahədəki motivlərin rəngi ilə
eynidir.
Sarı yerlikli haşiyədə dalğavari xətlərlə bir- birinə birləşdirilmiş “pax­­lava”vari
motivlər vardır. Bu motivlər qırmızı və qəhvəyi rəng­lərlə işlənib. Haşiyələrin
kənarları diliklərlə tamamlanır.
Xalça Şirvan qrupuna daxil olan kilimlər üçün xarakterik olan oriji­nal rəng
tərtibatına malikdir. Bu kilim yüksək keyfiyyətli yundan əy­rilmiş iplərdən toxun-
muşdur. Saxlanma vəziyyəti tamdır. Xalça bədii, tarixi, elmi əhəmiyət kəsb edir.
1...,58,59,60,61,62,63,64,65,66,67 69,70,71,72,73,74,75,76