68
Xalçanın bədii quruluşu çox nadir hallarda təsadüf edi­lən ensiz ara
sahə və çox enli ana haşiyədən ibarətdir.
Sürməyi yerlikli ara sahədə bir-birinin ardınca düzülmüş üç göl yerləşdirilmişdir.
Göllərin kənarları həndəsi formaya malik olan bucaqlı və ləçəklidir. Ləçəkləri
birləşdirən hissələrdə təsvir edilən kiçik ölçülü qarmaqlı və yaxud “qoşabuynuz”
motivləri ümumilikdə “svastika” forması almışdır. Qarmaqlı motivlər daxildən
qara, xaricdən isə ağ rəngli “su”larla birləşərək, hər birisi birləşdiyi eyni rənglə
tərtib edilmişdir.
Göllərin mərkəzində sürməyi yerlikli medalyonun içərisində altıbu­caqlı element
vardır. Həndəsi elementlər ağ, sarı, sumağı və qara rəng­lərlə işlənmişdir. Medal-
yonun kənarlarında ağ, sumağı rəngli çi­çəklər, sumağı rəngli ləçəklər işlənmişdir.
Mərkəzdəki medalyonun alt hissəsində, ara sahənin boşluqlarında tarix vardır. Xal-
çanın zoğalı yer­likli ana haşiyəsi sənətşünasların və toxucuların “çayniknişan” və
ya “bağa” adlandırdıqları elementlərlə bəzədilmişdir. Bu tipli haşiyə motivlərinə
Quba qrupuna daxil olan “Herat Pirəbədil”, “Zeyvə”, Şir­van qrupuna daxil olan
“Qəbələ”, Qarabağın “Dəryanur”, “Balıq”, “Xan­gərvənd”, Cənubi Azərbaycanın
“Təbriz”, “Heris”, “Ləçək turunc”, “Sərabi” adlanan xalçalarının ana haşiyəsində də
rast gəlinir. Ana haşiyənin boşluqlarında kiçik ölçülü, kənarları pilləli medalyonlar
yerləşdirilmişdir. Digər boşluqlar aydın nəzərə çarpan kənarları di­likli yarpaqlar,
müxtəlif formalı və ölçülü gül-çiçək və yarpaq mo­tivləri ilə bəzədilmişdir. Haşiyə
motivləri ağ, sürməyi, sarı, zoğalı, qəh­vəyi, şəkəri, mavi rənglərlə işlənmişdir.
Haşiyə motivləri bir-birinə ma­vi rəngli budaqlarla birləşdirilir.
Xalçanın ana haşiyəsi daxildən sarı, xaricdən isə açıq-qəhvəyi yerlikli bala
haşiyələrlə əhatə olunmuşdur. Bala haşiyələr dalğavari xətlərlə və kiçik ölçülü gül-
çiçəklərlə bəzədilmişdir.
Xalça özünəməxsus orijinal rəng tərtibatına malikdir. Rənglər arasında zoğalı,
sürməyi, sarı, açıq-qəhvəyi, ağ rənglər çoxluq təşkil edir. Xalçada yeddi rəng çala-
rından istifadə edilmişdir. Müxtəlif isti və soyuq rənglərin yüksək peşəkarlıqla və
qanunauyğunluqla tərtib edil­məsi nəticəsində çox baxımlı görünüş yaradılmışdır.
Xalçanın xovu və arğacı yun, ərişi isə pambıqdandır. Saxlanma və­ziy­­yəti tamdır.
Xalça bədii, tarixi, elmi əhəmiyyət kəsb edir.
1...,60,61,62,63,64,65,66,67,68,69 71,72,73,74,75,76