64
Xalçanın bədii quruluşu ara sahə və haşiyə hissəsindən ibarətdir. Bu xalçanın ara
sahəsinin əsas bəzəyi maili istiqamətdə eyni, şaquli və üfüqi istiqamətdə isə biraşırı
dəyişən bitki motivlərindən ibarətdir. Xalçanın ara sahəsi sarı yerliklə, təsvir edilmiş
motivlər isə zoğalı, ağ, mavi, qara, firuzəyi rənglərlə tərtib edil­mişdir. Bitki motivləri
kə­nar­ları dilikli şəbəkələrin içərisində yerləşdirilmişdir. Şəbəkələri bir­ləşdirən ağ,
qara rənglərlə işlənmiş dörd­ləçəkli güllər kompozisiyanın ümumi görünüşünü
daha da can­lan­dırır və aydın nəzərə çarpdırır. Ara sahənin aşağı və yuxarı his­sə­
lərində və mərkəzi hissənin sağ və solunda mavi, zoğalı, qara, ağ rənglərlə işlənmiş
“buta”, “S”-ə bənzər motivlər və güllü, yarpaqlı bu­daqlar təsvir edilmişdir.
Xalçanın ağ yerlikli ana haşiyəsi Şirvan xalçaları üçün xarakterik olan mavi, zoğa-
lı, firuzəyi, sarı, narıncıya çalan qırmızı, qəhvəyi rəngli güllərlə bəzədilmişdir. Ana
haşiyə hər iki tərəfdən içərisində kənarları pilləli üçbucaqlı, altıbucaqlı elementlər
işlənmiş bala haşiyələrlə əhatə olunub. Bala haşiyələrdəki elementlər bir-birindən
ağ, mavi, zoğalı, açıq-qəhvəyi, firuzəyi xətlərlə ayrılır. Daxili bala haşiyə daxildən,
xarici bala haşiyə isə xaricdən ağ rəngli cüzi nəzərə çarpan “Z”şəkilli ele­mentlərlə
əhatə olunub.
Xarici bala haşiyə daxildən, daxili bala haşiyə isə xa­ricdən ağ, sarı,
mavi, qəhvəyi, firuzəyi, zoğalı dörd­lə­çək­li çiçəklər işlənmiş mədaxillə
tamamlanır.
Bu xalça özü­nəməxsus nadir rəng tərtibatı ilə seçilir. Şəbəkələrin içə­risində olan
elementlərin rəngi haşiyələrdəki elementlərin rəngində də təkrarlanır.
Xalça Şirvanın yüksək keyfiyyətli xalçaları sırasına daxildir. Xal­çanın xovu və
ərişi yun, arğacı isə pambıqdandır. Saxlanma vəziyyəti əla­dır. Xalça bədii, elmi, ta-
rixi əhəmiyyət kəsb edir.
1...,56,57,58,59,60,61,62,63,64,65 67,68,69,70,71,72,73,74,75,...76