8
Qobustan Dövlət Tarixi-Bədii Qoruğunda
inşa edilmiş muzeyin açılışı olub
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Qobustan Dövlət Tarixi-Bədii Qoru-
ğunda inşa edilmiş muzeyin açılışında iştirak etmiş, ərazidə aparılan yenidənqurma işləri
ilə tanış olmuşlar.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev muzey haqqında dövlətimizin başçısına və
xanımına məlumat verib.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva muzey və inzibati binanın, eləcə də
qoruqda atçılıq turizmi üçün nəzərdə tutulan sahənin planı ilə tanış olublar.
Bildirildi ki, Qobustan Tarixi-Bədii Qoruğunda Prezident İlham Əliyevin müvafiq
Sərəncamına uyğun tikilən muzey və inzibati bina kompleksinin ümumi sahəsi 2 min
460 kvadratmetrdir. Muzeyin girişində petroqliflərin qonaqlara təqdim edilməsi üçün
şərait yaradılmışdır. Burada rəsmlərin halqavari zolaqlar şəklində düzülməsi canlı rəqsin
hərəkətlərini təcəssüm etdirir. Muzeydəki məlumat mərkəzində qonaqlar sensor ekrandan
istifadə etməklə müxtəlif dillərdə ətraflı informasiya əldə edə bilərlər. Müasir innovasiyalı
texnologiya ilə təchiz olunmuş muzeydə xüsusi multimedia proqramları ilə hazırlanmış
sensor ekranları, maarifləndirici və əyləncəli oyunlar, interaktiv stendlər, 3D video və s.
turistlərin ixtiyarına veriləcəkdir.
Qeyd edildi ki, muzeydə qoruq əməkdaşları üçün 15 xidməti otaq yaradılmışdır. Kitab-
xana ilə yanaşı, burada fotolaboratoriya, elmi-tədqiqat şöbəsi də fəaliyyət göstərir.
1,2,3,4,5,6,7,8,9 11,12,13,14,15,16,17,18,19,20,...204