14
Qonaqlar digər bir sərgi ilə – iki ildir ki,
keçirilən “Qız qalası” festivalında təqdimedilən
əsərlərlə də tanış oldular. Bu əsərlərdə dünya-
nın müxtəlif ölkələrindən olan rəssamların Ba-
kının rəmzi sayılan Qız qalası ilə bağlı düşüncə
və duyğuları təcəssüm tapmışdır. Əsərlərin
arasında italyan rəssamı Alberto Lorronun
“Qız qalası” da maraqla qarşılandı.
Azərbaycanın birinci xanımı Apostol kitab-
xanasında mühafizə olunan və azərbaycanlı
alimlərin də iştirakı ilə bərpa edilən monosk-
riptlərə baxdı.
Sərgilərlə tanışlıqdan sonra təntənəli mərasim
keçirildi. Aparıcı bu tədbirin əhəmiyyətini qeyd
edərək vurğuladı ki, İtaliya indiyədək çox da yaxşı tanımadığı bir ölkəni özü üçün kəşf
etmək şansı qazanıb. Azərbaycanın Vatikan ilə əlaqələrinin yüksək səviyyədə olduğu-
nu qeyd edən aparıcı, Heydər Əliyev Fondunun təşəbbüsü ilə reallaşmış belə möhtəşəm
tədbirin İtaliyada ilk dəfə keçirildiyini də diqqətə çatdırdı.
Mərasimdə çıxış edən Vatikanın mədəniyyət naziri Can-Franko Ravazi Azərbaycanı
mədəniyyətlərarası dialoqa böyük önəm verən ölkə adlandırdı. Kardinal vurğuladı ki,
Azərbaycandakı katolik icmasının üzvləri sayca az olsalar da, onlar üçün yüksək şərait ya-
radılmışdır. Azərbaycanda sözün əsl mənasında tolerantlıq hökm sürür. Bütün bunların
canlı şahidi olduğunu deyən kardinal Ravazi Azərbaycana böyük hörmət bəslədiyini də
diqqətə çatdırdı.
Mərasim iştirakçılarını salamlayan və onlara ən xoş arzularını çatdıran Mehriban xanım
Əliyeva tədbirin əhəmiyyətini qeyd etdi. Azərbaycanın birinci xanımı dedi ki, ölkəmizin
müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş silsilə tədbirlərdən birinin də
məhz Vatikanda baş tutması sevindirici haldır.
Ötən 20 il ərzində Azərbaycanın həyatında baş vermiş nailiyyətlərdən söhbət açan birin-
ci xanım Mehriban Əliyeva ölkənin ən dərin yarası–Ermənistan-Azərbaycan, Dağlıq Qa-
rabağ münaqişəsi barədə tədbir iştirakçılarına məlumat verdi. Mehriban xanım Əliyeva
1...,6,7,8,9,10,11,12,13,14,15 17,18,19,20,21,22,23,24,25,26,...204