18
Mən sizi Azərbaycana həsr olunmuş bu gecədə
səmimi-qəlbdən salamlayıram. Dəvətimizi qə-
bul edib bu axşam bizimlə olduğunuza görə sizə
dərin minnətdarlığımı bildirirəm. Görüşümüz
Azərbaycanın tarixində çox əlamətdar bir hadisəyə
həsr olunub. Bu il Azərbaycan, müstəqilliyinin
bərpa olunmasının 20-ci ildönümünü qeyd
edir. Biz müstəqil ölkə kimi çox gəncik. Lakin
Azərbaycan qədim tarixə və mədəniyyətə malik
olan bir ölkədir.
Xəzər dənizinin sahilində yerləşən ölkəmiz
əsrlər boyu Qərb və Şərq arasında körpü rolu-
nu oynamışdır. Hələ eramızdan əvvəl II əsrdə
Azərbaycanın ərazisindən Böyük İpək Yolu keç-
mişdir. Mədəniyyətlərin və sivilizasiyaların
qovuşuğunda yerləşən Azərbaycanda bir çox
qədim mədəniyyətlər öz izini qoyub. Bu izləri
biz bu gün də görə bilərik. Bakının yaxınlığında
yerləşən Qobustan qayalıqlarında Roma tarixi-
nin izləri vardır. Bu qayaların üzərində eramızın
I əsrində buradan Roma İmperatoru Germani-
kin legionunun keçdiyi əks olunub. Əsrlər boyu
ölkəmizdə müxtəlif dillərdə danışan və müxtəlif
dinləri təmsil edən insanlar qarşılıqlı hörmət və
sülh şəraitində yaşayıb. Bu gün də dini dözüm-
lülük, açıqlıq, tolerantlıq Azərbaycan xalqının ən
gözəl xüsusiyyətlərindən biridir.
1918-ci ildə müsəlman Şərqində ilk dəfə olaraq
Azərbaycan Xalq Cümhuriyyəti yaradılmışdır.
Həmin dövrdə ölkəmizdə demokratiya institutları
formalaşmağa başlamışdı. Ölkədə çoxmillətli par-
lament fəaliyyətə başlamışdı, Azərbaycan qadın-
ları səsvermə hüququnu qazanmışdı, müsəlman
qızları üçün ilk dünyəvi məktəb açılmışdı, Şərqin
ilk opera və baleti yazılmışdı.
Əfsuslar ki, Xalq Cümhuriyyətinin ömrü çox
qısa oldu, cəmi 23 ay sürdü və müstəqilliyimiz
böyük imperiyaların siyasi maraqlarının qurbanı
oldu. Bir çox amillərin arasında Bakı neftinə ar-
tan maraq da öz rolunu oynadı. Nəticədə ölkəmiz
müstəqilliyini itirdi, hərbi müdaxilə yolu ilə
Azərbaycanda sovet rejimi quruldu.
Sovet dövründə bütün çətinliklərə baxmayaraq,
ölkəmizin siyasi potensialı formalaşdı, savadsız-
lıq tamamilə ləğv olundu, təhsil sistemi quruldu,
Milli Elmlər Akademiyası fəaliyyətə başladı. Lakin
təməli 1918-ci ildə qoyulan dövlətçilik, müstəqillik
və demokratiya ideyaları unudulmadı və nəhayət
1991-ci ildə ölkəmiz müstəqilliyini bərpa edərək
Azərbaycan xalqı öz taleyinin, öz torpağının sa-
hibi oldu.
Müstəqilliyimizin ilk illərində biz çoxlu prob-
lem və çatışmazlıqlarla üzləşdik. İyirmi ildən
çox sürən Ermənistan-Azərbaycan, Dağlıq Qa-
rabağ münaqişəsi bu gün də həllini tapmayıb.
Ölkəmizin ərazisinin 20 faizi işğal altındadır,
bir milyondan çox soydaşımız məcburi köçkün və
qaçqın şəraitində yaşayır. Bu gün də Azərbaycan
münaqişənin sülh yolu ilə, beynəlxalq hüquq və
prinsiplər əsasında həllinin tərəfdarıdır. Biz ümid-
varıq ki, ölkəmizin ərazi bütövlüyü tezliklə bərpa
olunacaqdır. Bütün dünya birliyi Azərbaycanın
ərazi bütövlüyünü tanıyır və hər bir qaçqın, hər
bir məcburi köçkün öz doğma torpağına qayıda-
caqdır.
Əziz dostlar, bu 20 il ərzində biz böyük nailiy-
yətlər əldə etmişik. Azərbaycan dünyanın ən
sürətlə inkişaf edən dövlətlərindən biridir. Regi-
ondakı bütün irimiqyaslı layihələr Azərbaycanın
iştirakı ilə həyata keçirilir. Cənubi Qafqaz döv-
lətlərinin ümumi iqtisadiyyatının 80 faizi
Azərbaycanın payına düşür. Ölkəmizdə sosial
problemlər həllini tapır. Son 8 il ərzində yoxsullu-
ğun səviyyəsi 49 faizdən 9 faizə enib, 900 mindən
çox yeni iş yeri açılıb, 2 mindən çox yeni məktəb
tikilibdir.
Bu gün Azərbaycanın xarici siyasətinin prio-
ritetləri Avropaya və Avratlantik qurumlara
inteqrasiyadır, Avropa İttifaqı ilə əməkdaşlığı
genişləndirmək və bütün xarici dövlətlərlə qarşı-
lıqlı maraqlar və dostluq əsasında münasibətlər
qurmaqdır. Ölkəmiz beynəlxalq sülh və sabit-
liyin qorunmasına yönəldilmiş dünya miqyaslı
proseslərdə fəal iştirak edir. Avropa İttifaqı bu gün
Azərbaycanı enerji təhlükəsizliyi sahəsində stra-
teji tərəfdaş kimi tanıyır. Azərbaycan Avropanın
neft və qazla təminatına öz töhfəsini verməyə ha-
zırdır.
Bu ilin oktyabr ayında Azərbaycan 155 dövlətin
dəstəyi ilə BMT Təhlükəsizlik Şurasının qeyri-dai-
mi üzvü seçilmişdir və bu da ölkəmizin beynəlxalq
arenada ildən-ilə artan nüfuzunun sübutudur.
MEHRİBAN XANIM ƏLİYEVANIN ÇIXIŞI
– Hörmətli xanım Dassu.
Xanımlar və cənablar.
Hörmətli qonaqlar, əziz dostlar!
1...,10,11,12,13,14,15,16,17,18,19 21,22,23,24,25,26,27,28,29,30,...204