13
Azərbaycan Xalçaları
№3 / Yaz / 2012
Vatikanda Azərbaycanın
Dövlət Müstəqilliyinin bərpasının
20-ci ildönümü qeyd olundu
2011-ci il noyabrın 29-da Heydər Əliyev Fondunun təşəbbüsü
və Azərbaycanın Vatikandakı səfirliyinin dəstəyi ilə Vatikanda
Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa edilməsinin
20-ci ildönümünə həsr olunmuş təntənəli mərasim keçirildi.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva
mərasimdə iştirak edib.
Mərasimdən əvvəl Azərbaycanın birinci xanımı Vatikanın mədəniyyət naziri, kardinal
Can-Franko Ravazi ilə görüşdü.
Vatikanın mədəniyyət naziri bu görüşü Azərbaycana səfərinin davamı adlandırdı,
Heydər Əliyev Fondu ilə tanışlığını xatırladı. Kardinal Azərbaycanın Vatikandakı Apos-
tol kitabxanasında həyata keçirdiyi layihənin əhəmiyyətini vurğulayaraq dedi ki, bu
zəhmətli iş nəticəsində Azərbaycan haqqında 42 manuskriptdən 15-i bərpa olunmuşdur.
Mehriban xanım Əliyeva Azərbaycan ilə Vatikan arasında formalaşmış sıx
əməkdaşlıqdan məmnunluğunu ifadə etdi. Heydər Əliyev Fondunun preziden-
ti həyata keçirilmiş birgə layihələrdə Vatikanın rolunu yüksək qiymətləndirdi və bu
münasibətlərin gələcəkdə daha da genişlənəcəyinə əminliyini bildirdi. Sonda qarşılıqlı
hədiyyələr təqdim olundu.
Görüşdən sonra Azərbaycanın birinci xanımı və Vatikanın mədəniyyət naziri qədim və
müasir Bakının, habelə mədəniyyət abidələrinin əks olunduğu fotolara və videoçarxlara
baxdılar, sərgilərlə tanış oldular. Qədim misgərlik nümunələrinin, musiqi alətlərinin də
nümayiş olunduğu sərgi, Azərbaycanın zəngin mədəni irsinin əyani sübutu kimi böyük
maraq doğurdu.
Azərbaycan xalçaçılıq məktəblərinin misilsiz incilərinin nümayiş olunduğu sərgidə isə
kardinala burada toplanmış əsərlər barədə məlumat verildi. Azərbaycan xalçaçılıq sənəti
nümunələrinin, həmçinin Qarabağ xalçalarının nümayiş olunduğu sərgi də qonaqlarda
zəngin təəssürat yaratdı.
1...,5,6,7,8,9,10,11,12,13,14 16,17,18,19,20,21,22,23,24,25,...204