15
Azərbaycan Xalçaları
№3 / Yaz / 2012
bildirdi ki, bu münaqişə
nəticəsində 1 milyondan
çox vətəndaşımız yurd-yu-
vasından didərgin düşmüş,
Qarabağda yerləşən tari-
xi və mədəni abidələr yer
üzündən həmişəlik silin-
mişdir. Bütün bunlara bax-
mayaraq, Azərbaycan mü-
naqişənin sülh yolu ilə və
beynəlxalq hüquq norma-
ları əsasında həllinin tərəf-
darıdır.
Azərbaycanın iqtisadi və
siyasi nüfuzunun artdığını
diqqətə çatdıran Mehriban
xanım Əliyeva ölkənin regionda həyata
keçirilən irimiqyaslı layihələrin ən fəal
təşəbbüsçüsü və iştirakçısı olduğunu vurğu-
layaraq dedi: “Bütün bu çətinliklərə baxma-
yaraq, Azərbaycan bu gün dünya xəritəsində
öz yerini təsdiqləmiş və sürətlə inkişaf edən
bir dövlətdir. Cənubi Qafqaz dövlətlərinin
ümumi iqtisadiyyatının 75 faizi bu gün
Azərbaycanın payına düşür və regiondakı
bütün irimiqyaslı layihələr Azərbaycanın
iştirakı, çox zaman isə təşəbbüsü ilə həyata
keçirilir. Ölkəmizdə sosial problemlər ardı-
cıl olaraq öz həllini tapır. Təkcə onu demək
kifayətdir ki, son 8 il ərzində yoxsulluğun səviyyəsi 49 faizdən
9 faizə enmiş, ölkədə 900 mindən çox yeni iş yeri açılmış, 2
mindən çox yeni məktəb inşa olunmuş və yenidən qurulmuş-
dur.
Sabit inkişaf edən iqtisadiyyatımız bizə həqiqətən müstəqil
xarici siyasət aparmağa imkan verir və bu gün Azərbaycan
beynəlxalq sülhün və sabitliyin qorunmasına yönəlmiş dün-
ya miqyaslı proseslərdə fəal iştirak edir. Dünyanın aparıcı
ölkələri Azərbaycanı strateji tərəfdaş kimi tanıyır”.
Heydər Əliyev Fondunun Prezidenti 2002-ci ildə Roma Pa-
pası II İoann Pavelin Azərbaycana səfərini də xatırlatdı.
Sonra xalq Artisti Teymur Göyçayevin dirijorluğu ilə Qara
Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin ifasın-
da Azərbaycan və dünya musiqisindən seçmələr dinlənildi.
Konsertdən sonra qonaqlara zəngin Azərbaycan mətbəxinin
nümunələri təqdim olundu. Mərasim iştirakçıların yaddaşın-
da silinməz izlər buraxdı.
1...,7,8,9,10,11,12,13,14,15,16 18,19,20,21,22,23,24,25,26,27,...204