16
2011-ci il dekabrın 2-də Romada Azərbaycan Respublikasının müstəqilliyinin
bərpasının 20-ci ildönümünə həsr olunmuş təntənəli mərasim keçirilib.
ROMADA AZƏRBAYCANIN
MÜSTƏQİLLİYİNİN BƏRPASININ
20-ci ildönümünə həsr olunmuş
təntənəli mərasim keçirildi
Heydər Əliyev Fondunun təşəbbüsü və ölkəmizin İtaliyadakı səfirliyinin dəstəyi ilə baş
tutan mərasimdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehri-
ban Əliyeva, Fondun vitse-prezidenti Leyla Əliyeva iştirak etmişlər.
Mərasimdən əvvəl Mehriban xanım Əliyeva İtaliyanın xarici İşlər Nazirliyinin dövlət ka-
tibi xanım Marta Dassu ilə görüşüb.
Azərbaycanın birinci xanımı ölkəmizin dövlət müstəqilliyinin bərpasının 20-ci ildönü-
münün İtaliyanın paytaxtında keçirilməsindən məmnunluğunu bildirib. Mehriban xanım
Əliyeva Azərbaycan ilə İtaliya arasında əlaqələrin yüksək sürətlə inkişaf etməsinin təsadüfi
olmadığını diqqətə çatdırıb. Məqsədinin Azərbaycanın mədəni irsini dünyada tanıtmaq ol-
duğunu vurğulayan Heydər Əliyev Fondunun prezidenti bu görüşün əlaqələrin inkişafına
yeni təkan verəcəyini söyləyib.
İtaliyanın Prezidenti Ciorcio Napolitano ilə görüşünü xatırlayan Mehriban xanım
Əliyeva bir sıra vacib məsələlərin müzakirə edildiyini, Azərbaycan ilə İtaliyanı sıx dostluq
münasibətlərinin birləşdirdiyini və əlaqələrin daha da genişlənəcəyini diqqətə çatdırıb.
1...,8,9,10,11,12,13,14,15,16,17 19,20,21,22,23,24,25,26,27,28,...204