17
Azərbaycan Xalçaları
№3 / Yaz / 2012
xanım Marta Dassu yeni təyin olunduğu vəzifəsində ilk görüşünü məhz Azərbaycanın birinci
xanımı ilə keçirdiyindən məmnunluğunu dilə gətirib. “Mən hesab edirəm ki, Azərbaycan hər bir
sahədə İtaliya ilə yaxın münasibətdə olmalıdır”, – deyən dövlət katibi bu əlaqələrin xüsusən iqti-
sadi və mədəni sahələrdə genişlənməsinin zəruriliyini önə çəkib.
xanım M. Dassu Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın tərcümeyi-halı ilə tanış
olduğunu diqqətə çatdırıb, onun rəhbərliyi altında Heydər Əliyev Fondunun həyata keçirdiyi
layihələrin əhəmiyyətini vurğulayıb.
Görüşdən sonra Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və Marta Dassu milli xalça-
larımızın sərgisinə baxdılar. Azərbaycan xalçaçılıq məktəbinin zəngin ənənələrini əks etdirən
xalçalar sərgiyə baxanlarda heyranlıq doğurdu. Sərgidə yer alan Qarabağ xalçaçılıq məktəbinin
nümunələri bu ərazinin əzəli Azərbaycan torpağı olduğunu bir daha sübut etdi. Böyük tarixi in-
kişaf yolu keçənAzərbaycan xalçaçılıq sənəti bu gün özünün qayğıkeş hamisi olan Heydər Əliyev
Fondunun həyata keçirdiyi layihələrlə dünyada tanınır, yeni inkişaf mərhələsinə qədəm qoyur.
Qədim misgərlik nümunələrinin və milli musiqi alətlərinin sərgiləndiyi guşə isə Azərbaycanın
incəsənətini, mədəniyyətini nümayiş etdirməklə yanaşı, onun qədim tarixinin və ənənələrinin
əyani göstəricisi oldu. Bu ənənələr bu gün də qorunub saxlanılmaqdadır.
Sərgidə qonaqlar iki ildir ki Bakıda keçirilən “Qız qalası” festivalında yaradılan və nümayiş
olunan əsərlərə də tamaşa etdilər. İyirmi əsərin nümayiş olunduğu bu sərgidə dünyanın müxtəlif
ölkələrindən olan rəssamlar Bakının rəmzi sayılan Qız qalasının timsalında hiss və duyğularını
auditoriyaya çatdırdılar.
Sərgi çərçivəsində Heydər Əliyev Fondunun nəşr etdirdiyi və Azərbaycan tarixinin, mədəniy-
yətinin müxtəlif istiqamətlərini əks etdirən kitab və bukletlərlə yanaşı, “Azərbaycan” nəşrinin
italyan dilində variantının təqdimatı oldu. Ölkəmizin tarixi, mədəniyyəti, paytaxtı da daxil ol-
maqla regionları haqqında ətraflı məlumatın toplandığı nəşrdəki 1000-dən çox fotoşəkil sərgiyə
gələnlərdə böyük maraq oyatdı.
Sonra təntənəli mərasim başlandı.
Mərasimdə çıxış edən İtaliyanın xarici İşlər Nazirliyinin dövlət katibi Marta Dassu Azərbaycan
üçün çox əhəmiyyətli bir yubileyə həsr olunmuş tədbirdə iştirakından şərəf duyduğunu söylədi.
O, Mehriban xanım Əliyevanın Azərbaycan mədəni irsinin dünyada təbliği işinə verdiyi töhfələri
təqdir etdiyini bildirdi.
Azərbaycanın birinci xanımı mərasimdə çıxış etdi.
1...,9,10,11,12,13,14,15,16,17,18 20,21,22,23,24,25,26,27,28,29,...204