193
Cəmcəmli
Cəngəli
Cərgə
Cərgəvi naxış
Şirvan xalça məktəbinə daxil olan xalça kompozisiyalarının adı; toxundu-
ğu Cəmcəmli kəndinin adı ilə adlandırılmışdır. Mərəzə, Şamaxı, İsmayıllı,
Qəbələ və digər xalçaçılıq məntəqələrində toxunur.
Qarabağ xalçaçılarının sarımtıl-yaşıl rəngə verdikləri ad. Qarabağda bəzən
«Cəngəri» də adlandırılır.
Xalçalarda üfüqi istiqamətdə toxunan sıralardır; Azərbaycan toxucuları «əl»
və ya «çin» də deyirlər.
Cərgə ilə düzülmüş naxışlar (ornament).
Cəyirli
Şirvan xalça məktəbinə daxil olan xalçaların adı; toxunduğu Cəyirli kəndinin
adı ilə adlandırılmışdır. Şamaxıdan 20 km şərqdə yerləşən Cəyirli kəndinin
adından götürülüb. Bu xalçalar «Cağlı» və yaxud «Cağalı» da adlanır. Cuxax-
lı, Göylər xalçaçılıq məntəqələrində də toxunur.
Cigəri
Cənubi Azərbaycan xalçalarının ciyərəoxşar (açıq-qırmızı, tünd- çəhrayı)
rəngə verdikləri ad.
1...,185,186,187,188,189,190,191,192,193,194 196,197,198,199,200,201,202,203,204