184
XALÇAVƏ XALÇAMƏMULATLARININ
ZİYANVERİCİLƏRİ
Z.X. Məlikova
İ.Q. İbrahimova
Muzeylərin ekspozisiya və fondlarında, şəxsi kolleksiyalarda saxlanan xalçalar təbii
amillərin, eləcə də ziyanvericilərin mənfi təsirinə məruz qalırlar. Təbii amillər içərisində
toz, günəş və rütubət daha çox ziyan verir. Muzeylərdə olan xalça və xalça məmulatları
tozu daha asanlıqla hopdurur. Tozmuzeylərə hava vasitəsilə, işçilər, tamaşaçılarla birlikdə
gəlir və ya muzeylərin öz daxilində yaranır. Tədqiqatlar göstərir ki, insanlar hərəkətdə
olduqları və iş gördükləri vaxt onların paltarlarının hər kvadrat santimetrinə minlərlə toz
zərrəsi və mikroorqanizmlər toplanır. Toz hər bir məntəqənin coğrafi, iqlim və təsərrüfat
xüsusiyyətləri ilə əlaqədar müxtəlif tərkiblərdə olur. Bakı tozunun tərkibində neft
sənayesi mərkəzlərinə və digər sənaye şəhərlərinə xas olan elə zərrəciklər var ki, həm
xalçaların rəngini dəyişir, həm də kimyəvi maddələr işlədilmədən təmizləşmir. Bununla
yanaşı, Bakı küləyinin güclü olması tozun miqdarını çoxaldır, onun binaların daxilinə
keçməsini asanlaşdırır. Müasir araşdırmalara görə ictimai binalarda tozun daxilində olan
mikroorqanizmlər həftələr və hətta aylarla yaşaya bilir.
Xovlu xalçalarda bədii tərtibatın daşıyıcısı olan xov, eyni zamanda, həm də xalçanı da-
ğıdan tozun yığılmasına səbəb olur. Bəzi mülahizələrin əksinə olaraq, divardan asılmış
və fond otaqlarında saxlanılan xalçalar tozun dağıdıcı təsirinə yerə döşənmiş xalçalardan
daha çox məruz qalır. Toz xalçanın hər iki –xovlu və xovsuz növlərinə zərər vurur. O,
xovlu xalçaların xovu ilə birlikdə, arxa tərəfində, sumaxların və digər məmulatların arxa
hissəsində, palazların üzündə və saçağında müəyyən müddət qaldıqdan sonra tədricən
karkasa keçır. Toz karkasa daxil olduqdan sonra ilmələrə, hətta iplərə nüfuz edir.
Açar sözlər:
Xalça və xalça məmulatları, toz, tozun
təmizlənməsi, təmizləmə üsulları, güvələr, dəri qurdları,
xalça güvəsinə, güvənin tırtılı, güvənin kəpənəkləri, kürk
güvəsi, keçə güvəsi, xalça dəriqurdu, dəriqurdunun sürfəsi,
Azərbaycan Xalçaları
Cild 2 №4 2012
1...,176,177,178,179,180,181,182,183,184,185 187,188,189,190,191,192,193,194,195,196,...204