186
on metrlərlə uçaraq, digər küçədəki bina və
sahələrdə yayıla bilər. Cütləşmədən dərhal son-
ra kəpənək 2 həftə ərzində 100-dən çox yumurta
qoyur və bundan sonra ölür. Yumurta ağ rəngdə,
0,5 mm uzunluqda olur, gözlə güclə seçilir.
Kəpənək yumurtalarını ya xalçanın xovu arasın-
da, ya da yanında qoyur. Otaq temperaturunda bir
həftədən sonra yumurtadan tırtıl çıxır. Tırtıllar
qida axtara-axtara sandıqların, şkafların və digər
predmetlərin ən kiçik çatlaqlarına daxil olurlar.
Xalça güvəsinin inkişaf müddəti temperaturdan
asılıdır: 23°C optimal temperaturda inkişaf, 15°C
temperaturdakına nisbətən sürətlə gedir. Aşağı
müsbət temperatur (+5°C; +10°C) onların inkişa-
fına mane olur, şaxta isə güvə üçün məhvedicidir.
İsti otaqlarda üç nəsil güvə olur, kəpənəklərin
uçuşu yanvar-fevral, may və avqust-sent-
yabr aylarında müşahidə olunur. Azyaşlı tırtıl-
lar uzunmüddətli aclığa davam gətirmir və
müşahidələr göstərir
ki, əgər qida tap-
mazlarsa, bir
həftədən
son-
ra ölürlər. Lakin orta yaşlı tırtıllar, əgər uyğun
qida yeyilibsə, qeyri-aktiv vəziyyətdə xüsusi ba-
ramaların içində bir neçə ay ərzində yararlı qida
yaranana qədər aclığa davam gətirirlər. Tırtıl-
lar puplaşmaq üçün, adətən, qida mənbəyindən
uzaqlaşır və bəzən kəpənəklərin bayıra çıxmasını
təmin etmək üçün əhəngli suvağın altındakı qat
və ya su sistemi borularının sement örtüyü kimi
əhəmiyyətli maneələri dəf edirlər. Pup iki həftə
inkişaf edir. Kəpənəklər pupdan çıxandan sonra
pupun qabığı sement və ya əhəngli suvaqda ilişib
qalır. Beləliklə, güvənin və dəri qurdlarının yu-
murtaları ilə yoluxmuş texniki keçənin sementlə
suvaqlanması güvənin otağa yayılmasının qarşı-
sını ala bilmir.
Güvənin digər növlərinə də rast gəlmək olur.
Göyərçinlərin yuva qurduğu yerdə, aşağı tem-
peraturda qışlamaq üçün bəzən çoxlu miqdar-
da xırda qəhvəyi-gümüşü kəpənək–göyərçin
güvəsi (Tinea columbariella Wk.) tırtılı inki-
şaf edir. Buna görə də isti otaqlarda göyərçin
güvəsi yalnız bir nəsil verir. Bəzən muzey
otaqlarına texniki keçə ilə güvələrin digər
növləri–kürk (Tinea pellionella L.), keçə
(Tinea pallescentella Staint.) güvələri
1...,178,179,180,181,182,183,184,185,186,187 189,190,191,192,193,194,195,196,197,198,...204