187
düşə bilər. İlk iki növün tırtılları hörümçək toru
kimi yollar qurmur, daşınan örtüklərdə yaşayır,
keçə güvəsinin tırtılları isə boruvarı yollarda
məskunlaşırlar. Kürk güvəsinin inkişaf şərtləri
göyərçin güvəsi ilə eynidir, keçə güvəsi isə isti
otaqlarda nəm keçədə inkişaf edir.
Son illər beynəlxalq təc-
rübədə ziyanverici həşə-
ratlarla mübarizə zamanı
muzeylərdə azaldılmış ok-
sigen tərkibli təsirsiz at-
mosferin istifadəsi geniş
yayılıb. Bir sıra muzeylərdə
eksponatlarda və yolux-
muş əşyalarda güvənin
məhv edilməsi məqsədilə
ekoloji cəhətdən zərər-
siz üsulun – azaldılmış oksigen tərkibli təsir-
siz qazların (tərkibində 2% oksigen, qalanı azot
olan atmosferdə qorunma, 0.5% oksigen, 15%
karbon qazı, 84,5% azot tərkibli qazların içində
dezinseksiya) tətbiqi geniş yayılıb. Muzeylərdə
kimyəvi
üsulların
tətbiqinin
maksimal
məhdudlaşdırılmasına baxmayaraq, güvələrlə
mübarizədə kimyəvi vasitələrdən tamamilə im-
tina etmək mümkün olmayıb. Bununla belə,
kimyəvi emala ziyanvericini operativ məhvetmə
üsulu kimi baxmaq lazımdır. İnsektisidləri
(həşəratlar əleyhinə zəhərli kimyəvi maddələr)
seçərkən nəzərə almaq lazımdır ki, muzeylərdə
həşəratlarla mübarizə üsulları nəinki insanlar,
həmçinin də sənət əsərləri üçün də təhlükəsiz
olmalıdır və bu əlavə çətinliklər yaradır. Onu
da nəzərə almaq lazımdır ki, məişətdə tətbiqinə
icazə verilən güvə əleyhinə maddələrin heç də
hamısı eksponatların materiallarına mənfi təsir
göstərməsi səbəbindən muzey təcrübəsində
istifadə edilə bilməz.
Son illərədək muzeylərdə, evlərdə və s. yerlərdə
güvəyə qarşı mübarizədə naftalin ən yaxşı vasitə
hesab edilirdi. Lakin Muzey Sərvətləri və Xatirə
Əşyalarının Elmi Bərpa Mərkəzinə bərpa üçün
gətirilən muzey əşyalarının tədqiqi zamanı naf-
talinin xalçalarda müxtəlif rəngli ləkələrin əmələ
gəlməsinə səbəb olduğu, eləcə də insan sağlam-
lığı üçün təhlükəli olduğu müəyyənləşdirildi.
Bununla əlaqədar mərkəz xalçaları güvədən və
digər ziyanvericilərdən qorumaq üçün son illər
beynəlxalq təcrübədə tətbiq olunan “Gella”–
“Ceola”nın, sulu kimyəvi preparatlardan –
“Mittoks”, “Gela-alfa”, “Lavandalı ekstramit”
və s. kimi müasir və daha keyfiyyətli, ziyansız
vasitələrin, eyni zamanda lavanda, evkalipt kimi
təbii bitkilərin tətbiqini tövsiyə edir. Güvə ilə
effektiv mübarizə yalnız yoluxmanın profilakti-
1...,179,180,181,182,183,184,185,186,187,188 190,191,192,193,194,195,196,197,198,199,...204