185
Tozun təmizlənməsi iplərin müqavimət qabi-
liyyətini artırır, dağılmasının qarşısını alır.
Bir neçə təmizləmə üsulları – quru-mexaniki,
tərkibində üzvi həlledicilər olan su məhlulları və
s. mövcuddur. Təmizləmə üsulunun seçilməsi
xalçanın saxlanma temperaturundan və rənginin
davamlılığından asılıdır. Muzey xalçalarının
təmizlənməsində neytral yuyucu vasitələrin
tətbiqi ilə klassik yuyulma üsullarına daha çox
üstünlük verilir. Xalçaların “gilabi” (bentonit
gilinin növlərindən biri) kimi vasitələrin tətbiqi
ilə ənənəvi xalq üsulları ilə təmizlənməsi daha
məqsədəuyğundur. Bu vasitənin digərlərindən
üstünlüyü tamamilə neytral, eyni zamanda,
yüksək təmizləmə qabiliyyətinə malik olma-
sındadır. Lakin xalçaları yumağa başlamazdan
əvvəl məmulatın yuyulmağa davamlılığını yox-
lamaq lazımdır. Köhnə, dağılmış, habelə çürümə
prosesində olan xalçaları yumaq olmaz. Xovu
həddindən artıq sürtülüb getmiş xalçaları da yu-
maq məsləhət görülmür. Xalçaları yumazdan
əvvəl onların rənginin çıxıb-çıxmadığı da yox-
lanılmalıdır. Rəngi çıxan xalçaları da yumaq
məsləhət görülmür.
Günəş daha çox ekspozisiyada nümayiş olu-
nan xalçalara ziyan vurur. Günəş şüaları şiddətli
olduqda xalçalarda oksidləşmə sürətlənir, on-
ların müqaviməti tədricən azalır və rəngləri
kimyəvi dəyişikliyə uğrayır. Buna görə də xal-
ça və xalça məmulatlarını gün işığının birba-
şa təsirindən qorumaq lazımdır. Eyni zamanda,
xalçaların qorunması məqsədilə ekspozisiyada
süni işıqlandırmada da fasilələrin verilməsi daha
məqsədəuyğundur.
Təbii amillər içərisində rütubət daha zərər-
li hesab edilir. Rütubət xalçanı təşkil edən his-
səciklərin tərkibinə daxil olaraq onların forma-
sını dəyişir və ümumi müqavimət qabiliyyətini
azaldır. Rütubət nəticəsində xalçanın qıraqlarında
qatlanma, ara sahəsində qovuqlanma əmələ gəlir.
Xalça və xalça məmulatları təkcə atmosfer
amillərindən deyil, həm də ziyanverici həşərat-
lardan qorunmalıdır.
Xalçalara iki növ həşəratlar–güvələr
(Lepidop-
tera dəstəsi, Tinedae fəsiləsi)
və dəri qurdları zi-
yan vurur.
Azərbaycanda güvənin 48 növü mövcuddur.
İsti otaqlarda, adətən, xalça güvəsinə (Tineola
bisseliella Humm) rast gəlinir. Kəpənəklər qı-
zılı-sarı rəngli, qanadları açıq vəziyyətdə 10-18
mm, ön qanadın üst kənarı tünd-qəhvəyi rəngdə,
başı qalın tüklü olur. Güvənin tırtılı yun parça-
larda, lələklərdə və tüklərdə inkişaf edir. Tırtıl
süni, pambıq və təbii ipək parçalarda inkişaf edə
bilməsə də, onları zədələyə bilir; bir müddət un
yapışqanlarında yaşayır. Xromla aşılanmış dəridə
güvə tırtılı inkişaf etmir. Güvənin kəpənəkləri
heç bir şeylə qidalanmır; belə ki, onların xor-
tumları inkişaf etmir, onların vəzifəsi yerləşmək
və çoxalmaqdır. Sakit, isti yay günlərində güvə
1...,177,178,179,180,181,182,183,184,185,186 188,189,190,191,192,193,194,195,196,197,...204