188
kasına əsaslanan müntəzəm kompleks yanaşma
sayəsində mümkündür. Bu gün güvə əleyhinə
tədbirlər kompleksi keratin tərkibli materialların
preventiv (qabaqlayıcı) konservasiyasının ayrıl-
maz hissəsini təşkil edir.
Kimyəvi vasitələrlə yanaşı güvələrlə mübari-
zədə aşağı və yüksək temperaturun istifadəsi ki-
mi ənənəvi, qeyri-kimyəvi üsullar da geniş tətbiq
olunur.
Bunun üçün xüsusi şəraiti olmayan muzeylərdə,
eləcə də ev şəraitində xalça və xalçaməmulatlarını
hər il yazın sonu – yayın əvvəlində bayırda isti,
quru havada 4-5 saatdan az olmamaq və mütləq
günorta vaxtını əhatə etmək şərti ilə kölgədə qu-
rutmaq lazımdır. Küləkli hava qurutmaq üçün
daha əlverişlidir. Qurutma zamanı hökmən
məmulatların saxlandığı otaqların, eləcə də tavan
alçaq olarsa, onun da tozu dəqiqliklə alınır və
zibili təmizlənir. Qurudulduqdan sonra məmulat
güvə qalıqlarından təmizlənir və onlara reppelent
– ürküdücü maddə (“ANMO”, “Raydantimol”,
“Gela”) qoyulur.
Güvələri məhv etmək üçün xalçaları dondur-
maq da olar. Bunun üçün xalçaları xüsusi so-
yuducu kameralarda 10 saat ərzində -15°C ilə
-20°C temperaturda saxlamaq lazımdır. Daha da
əmin olmaq üçün dondurulma 1-2 gün fasilə ilə
2-3 dəfə (4-5 saat) tətbiq oluna bilər. Şkafları isə
yay qurudulmasında olduğu kimi təmizləmək la-
zımdır.
Güvələrin piretrum preparatları ilə məhvi də
mümkündür ki, onlardan da istifadəyə ən uyğun
gələni “K-Otrin”-dir.
Yaz-yay
mövsümündə
güvədən
dəriqurdlarından qorunmaq üçün pəncərələri,
nəfəslikləri, ventilyasiya gözlüklərini narın tor
(dəliklərin diametri 1,5 mm-dən çox olmamalı-
dır) ilə tutmaq lazımdır.
Güvə ilə yanaşı, xalça və xalça məmulatları
üçün dəriqurdlarının sürfələri də təhlükəlidir.
Qızdırılan otaqda dəri qurdlarının istisevər, qu-
ruluğa yaxşı davam gətirən növləri məmulatlara
zərər vurur. Buna görə də güvələrə qarşı olan adi
mübarizəüsulları (məsələn, yaz-yaymövsümündə
əşyaların qurudulması) dəriqurdlarında yaramır.
Xalça dəriqurdunun (Attagenus unicolor uni-
color Brahm) sürfələri 10 mm ölçüdə uzunsov,
uca doğru tədricən daralmış formada olur, bədəni
qızılı, yaxud da qəhvəyi rəngdə, sıx, yapıxmış
tükcüklər və bir qədər seyrək, biz-biz olan tüklərlə
örtülür, bədənin sonunda isə sadə tüklərdən ibarət
kiçik qotaz olur. Dişi dəriqurdları qida materialla-
rına 10 gün ərzində, adətən tək-tək, onlarla xırda
ağ yumurta qoyur. Bu cinsə məxsus dəriqurdları
yumşaq, lifli, xovlu quruluşda olan materiallara
üstünlük verirlər. Təxminən 2-4 həftədən sonra,
bəzən bir qədər də gec yumurtalardan yarımşəffaf,
tüklü, hərəkətli sürfələr çıxır və o dəqiqə qida-
lanmağa başlayırlar. Orta və böyük yaşlı sürfələr
uzun müddət, alabəzək dəriqurdunun sürfəsi isə 1
aya qədər ac qala bilərlər. Attagenusun sürfələri,
əsasən, yapıxmış tüklərlə örtülü olub, xovda
gizlənir, cidd-cəhdlə işıq düşən səthlərdən qaçır-
lar. Xalçaların dəriqurdu sürfələri ilə zədələnməsi
güvə ilə zədələnməyə bənzərdir. Lakin güvənin
inkişaf etdiyi yerlərdə hər zaman torlu yollar və
ya kürə qrupları şəklində torla bərkidilmiş ifra-
zatlı üsküklər olur, dəriqurdlarının inkişaf etdi-
yi yerlərdə isə yalnız sürfələrin qabığı olur, toz
şəkilli ifrazatlar isə çətinliklə sezilir və asanlıq-
la dağılırlar. Yazda sürfələr inkişafını bitirib, bir
qayda olaraq, qida yerlərindən uzaqlaşaraq qey-
ri-qida materiallarına keçir və burada puplaşırlar.
Təxminən 2 həftədən sonra əmələ gələn böcəklər
işığa çıxır və pəncərələrdə, yaxud da işıq lampa-
larının plafonlarında yığılırlar. Qidalanmadan və
cütləşmədən sonra dişi böcəklər yumurta qoymaq
üçün otağa və ya quşların yuvasına uçurlar. Bu
zaman çoxlu lələk və quş cəsədləri olan göyərçin
yuvaları xüsusilə cəlbedici olur.
Dəriqurdları kifayət qədər gec inkişaf edirlər.
Belə ki, xalça dəriqurdu 1-2 ilə inkişaf edir.
Muzey fondlarında dəri qurdlarına qarşı məhz
kimyəvi üsullarla mübarizə aparmaq lazımdır.
Otaqların piretrum preparatları ilə emalı aparılır
ki, bunu da mütəxəssislər həyata keçirməlidirlər.
Bu tədbirin, adətən, mart-aprel və ya sentyabr ay-
larında, yəni dəriqurdu böcəklərinin kütləvi uçu-
şu zamanı, yaxud sürfələrin qış mövsümündə kö-
nüllü diapauza vəziyyətinə keçməsindən əvvəlki
dövrdə həyata keçirmək daha məqsədəuyğundur.
Yaz-yay mövsümündə açıq pəncərə və nəfəsliklər
torla bağlanmalıdır. Muzey binasının yaxınlığın-
da yemişan və spireyanın əkilməsi arzuolunmaz-
dır.
1...,180,181,182,183,184,185,186,187,188,189 191,192,193,194,195,196,197,198,199,200,...204