99
Lerikdə dekorativ-tətbiqi sənətin bütün
növləri ilə məşğul olan sənətkarlar var.
Onların əksəriyyəti qadınlardır. Əsasən,
xalçaçılıqla məşğul olurlar. Evlərdə gənc
qızlar analarından, nənələrindən xal-
ça toxumağı, təbii yolla boya əldə etməyi
öyrənirlər. Xalçaçılıqla yanaşı, rayonu-
muzda ağac üzərində oyma da geniş ya-
yılıb. Son zamanlar isə parça üzərində
muncuqla işə və rəngkarlığa böyük maraq
hiss olunur. Eyni zamanda musiqi alətləri
düzəldən sənətkarlarımız da az deyil.
Tar, kamança, qoşanağara hazırlanır.
Lakto adlı zərb musiqi aləti var. O yalnız
Lerikdə - xüsusi ağacdan düzəldilir. Bu
musiqi alətindən əvəllər Lerikdə istifadə
olunardı, indi isə respublikanın istənilən
ansamblında bu musiqi alətinə rast gələ
bilərsiniz. Biz laktonun tanınması və
təbliğ olunması üçün əlimizdən gələni edi-
rik. Bu alətdən hazırlatdırıb ansambllara,
muzeylərə verəcəyik. Müşahidələrimizdən
belə nəticəyə gəlmişik ki, gənclərin də
bu musiqi alətinə böyük marağı var. Biz
çox sevinirik ki, Lerikdə dekorativ-tətbiqi
sənətin tarixi köklərə və zəngin ənənələrə
bağlı olan növləri hələ də yaşayır.
Mükafat Yaqubov
LERИK
Lerik Dövlət Rəsm Qalereyasının direktoru
1...,91,92,93,94,95,96,97,98,99,100 102,103,104,105,106,107,108,109,110,111,...148