108
II Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçılarından biri də amerikalı ast-
rofizik və kosmoloq, fizika üzrə Nobel mükafatı laureatı Corc Fitzgerhald Smutdur.
Şəhərimizin görməli yerlərinə baş çəkən alim “Azər-İlmə”nin də qonağı olub. Milli
xalçalar, onların ərsəyə gəlməsi prosesi ilə yaxından tanış olan Corc Smut bu qədim
sənət nümunələrinə heyran qaldığını deyib. Xalçaçılıq şirkətinin “Sehrli ilmələr” qale-
reyasını gəzən qonağa Azərbaycan xalçaçılığı barədə ətraflı məlumat verilib. Bildirilib
ki, bütün Şərqdə məşhur olan Azərbaycan xalçaları hələ qədim dövrlərdən özünün
yüksək keyfiyyəti, zəngin çeşniləri, zərif naxışları ilə fərqlənib. Sonda qonağa xalçaçı-
lığa dair nəfis tərtibatlı kitablar və broşürlər hədiyyə olunub.
One of the participants of the II Baku International Humanitarian Forum was Amer-
ican astrophysicist, cosmologist, and Nobel laureate on physics, George Fitzgerald
Smoot. The scientist visited “Azer-Ilme” along with other the places of interest in
Baku. George Smoot who was very familiar with our national carpets and their pro-
duction process, noted that he was fascinated by these ancient art samples.
The guest who toured the “Magic Knots” gallery was given detailed information
about Azerbaijani carpet weaving art. He was told that Azerbaijani carpets have been
famous throughout the East since ancient times and they have always been distin-
guished by their high quality, rich designs, and fine patterns. The guest was given
well designed books and brochures about carpet weaving.
Azərbaycan Xalçaları
Cild 2 №5 2012
1...,100,101,102,103,104,105,106,107,108,109 111,112,113,114,115,116,117,118,119,120,...148