102
Qax rayonunda, əsasən, ağac üzərində
oyma sənətinə böyük maraq var. Bu sahədə
peşəkar ustalarımız kifayət qədərdir. Xal-
çaçılıqla da məşğul olanlar çoxdur. Xalça
sənəti Azərbaycan xalqının çox məşhur və
qədim sənətidir. Qaxda hər bir evdə xalça
var. Rayon əhalisi daha çox qırmızı, mavi,
yaşıl rənglərlə zəngin olan xalçalara üs-
tünlük verir. Qədimdə qadınlarımız bu
sənətlə çox məşğul olublar. İndi bu sənətə
yenidən maraq yaranıb, onun dirçəldilməsi
üçün addımlar atılır. Bir müddət əvvəl ra-
yonumuzda yeni xalça sexi fəaliyyətə baş-
ladı. Xüsusən gənclərin xalça toxumağa
həvəsi var. Hazırda sexdə gənc xalçaçı
qızlar işləyir. Xalçaçılığın rayonumuzda
yenidən məşhurlaşmasında bu xalça sexi-
nin çox böyük rolu olacaq.
Dilarə Əzizova
QAX
Qax Rayon Mədəniyyət və Turizm
şöbəsinin inspektoru
1...,94,95,96,97,98,99,100,101,102,103 105,106,107,108,109,110,111,112,113,114,...148