104
Zeynəb Əhəd qızı Əliyeva (1917-2005) Xızı
rayonunun Əmizdər kəndində anadan olub.
Xalçaçılar arasında məşhur boyaqçı kimi ta-
nınıb. Boya ustası boyaları nar, qoz, badam
qabığından, zirinc, palıd ağacından, tut,
əncir ağaclarının yarpaqlarından, boyaqotu-
dan alardı. Boyaların davamlı olması üçünsə
o, zəydən istifadə edərdi. Xalça toxucuları
iplərini Zeynəb xanıma boyadar, ya da ondan
hazır boyalar alardılar. Xızı toxucuları ipləri
bərkitmək üçün onları Masazır gölündə yu-
yardılar.
Zeynəb Əliyeva boyaqçılıqla yanaşı, xovsuz
xalça toxumaqla da məşğul olurdu. Əsasən,
üzərində quş təsvirləri olan zililər, rəngbərəng
palazlar, heybələr, məfrəşlər, xurcunlar, duz
torbaları, at çulları toxuyardı. Xalçaçının qızı
Zəhra Əliyeva, nəvəsi Dilarə Tağıyeva da onun
yolunu davam etdirərək bu sənətə yiyələniblər.
Hazırda onlar Rəssamlıq Akademiyasında bu
qədim sənəti tədris edirlər.
Zeynəb Əhəd qızı Əliyeva
BOYAQЧILARI
AZЯRBAYCANIN
TANINMIШ
Azərbaycan Xalçaları
Cild 2 №5 2012
1...,96,97,98,99,100,101,102,103,104,105 107,108,109,110,111,112,113,114,115,116,...148