106
QONAQLARIMIZ
Krans Montana Forumunda iştirak etmək üçün ölkəmizə
gələn Birləşmiş Ərəb Əmirliklərinin Füceyra Əmirliyinin
şahzadəsi Şeyx Məhəmməd Hamad bin Məhəmməd əl-
Şərqi səfəri çərçivəsində “Azər-İlmə”nin qonağı olub. Qo-
naq “Sehrli ilmələr” qalereyasını gəzib, Azərbaycanın qədim
xalçaları, onların tarixi, çeşidləri barədə ətraflı məlumat alıb.
Toxucu qızların işi ilə yaxından tanış olan şahzadə milli xal-
çalarımızı yüksək qiymətləndirib, qalereyanın xatirə kitabı-
na ürək sözlərini yazıb. “Azər-İlmə”nin rəhbərliyi isə qonağa
nəfis tərtibatlı nəşrlərini hədiyyə edib.
Bakıda keçirilən Krans Montana Forumunun daha bir işti-
rakçısı Makedoniya Respublikasının Prezidenti Gyorge İva-
nov şəhərimizi gəzərkən “Azər-İlmə” xalçaçılıq şirkətinin
“Sehrli ilmələr” qalereyasında da olub. Qonağa xalçaçılığın
Azərbaycan xalqının ən qədim sənət növlərindən biri olması
haqqında məlumat verilib və bildirilib ki, ölkəmizdə toxunan
xalçalar hələ qədimlərdən özünün yüksək keyfiyyəti, zəngin
çeşniləri, zərif naxışları ilə fərqlənib. Prezident Gyorge İva-
nov “Azər-İlmə”nin emalatxanasında xalçaçıların işləri ilə
maraqlanıb, xalçanın necə toxunub ərsəyə gəlməsi prosesini
izləyib.
Azərbaycanda səfərdə olan Meksika Birləşmiş Ştatlarının
Deputatlar Palatasının prezidenti Oskar Martin Arse Pania-
quan “Azər-İlmə” xalçaçılıq şirkətində olub.
Qonaq şirkətin “Sehrli ilmələr” qalereyasında zəngin çeşni-
ləri ilə fərqlənən Azərbaycan xalçaları ilə tanış olub. Qonağa
bu zərif incəsənət nümunələri, şirkətin fəaliyyəti haqqında
geniş məlumat verilib. Xalçanın istehsal prosesi ilə yaxından
tanış olan qonaq incə naxışlı, orijinal tərtibata malik xalça-
larımızdan məmnun qaldığını deyib. Getməzdən əvvəl qo-
naq xatirə kitabına ürək sözlərini yazıb. Qonağa xalçaçılıq
sənətindən bəhs edən kitablar hədiyyə edilib.
Oktyabrın 18-də Bosniya və Herseqovinanın Rəyasət Heyə-
tinin sədrinin xanımı Sebiya İzetbeqoviç “Azər-İlmə” xalça-
çılıq şirkətinin “Sehrli ilmələr” qalereyasında olub. Hörmətli
qonağa xalqımızın milli sənəti olan xalçaçılıq haqqında ətraflı
məlumat verilib. Xanım Sebiya İzetbeqoviç qalereyadakı xal-
çalarla tanış olub, toxucu qızların işləri ilə maraqlanıb və
toxunan xalçalardan birinə ilmə vurub. Qonaq “Azər-İlmə”
xalçaçılıq şirkətinin nəzdində yenicə istifadəyə verilən Xalça-
çılıq Tədris Mərkəzində də olub. Xanım Sebiya İzetbeqoviçə
məlumat verilib ki, Azərbaycanda ilk dəfə yaradılan bu
Mərkəzdə uşaqların və yeniyetmələrin pulsuz təhsil alması,
xalça sənətinin sirlərinə yiyələnməsi nəzərdə tutulub.
1...,98,99,100,101,102,103,104,105,106,107 109,110,111,112,113,114,115,116,117,118,...148