100
On ildir ki, bədii tikmənin təkəlduz nö-
vü ilə məşğulam. Vaxtilə babamın əmisi
təkəlduzçu olub. Bu sənətə maraq da ora-
dan gəlir. Ailəlikcə bu sənətlə məşğuluq.
Beş bacıyıq - hamımız bu tikmə növü-
nü yaşadırıq. Hətta dörd yaşlı bacım
qızı da təkəlduza maraq göstərir. Biz
tikmələrimizdə, əsasən, milliliyə üstünlük
veririk. Əcnəbi qonaqlar gələndə milli na-
xışlarımızı, ornamentlərimizi görüb necə
gözəl incəsənətimizin olduğunu və bu günə
kimi milliliyi qoruduğumuzu görürlər.
Mən xalça naxışlarını da təkəlduz sənətinə
köçürmüşəm. Son dövrlər xalçalarımız tez-
tez xarici sərgilərdə nümayiş etdirlir və öz
gözəlliyi ilə əcnəbiləri valeh edir. Mən də
bundan ilhamlanaraq Azərbaycanın hər
bölgəsinə aid xalça naxışlarını təkəlduzda
işləmişəm. Müxtəlif toxumalar toxusaq
da, muncuqlarla qolbaqlar işləsək də, milli
kuklalar hazırlasaq da təkəlduzçuluğa üs-
tünlük veririk.
Vəfa Babayeva
ШЯKИ
1...,92,93,94,95,96,97,98,99,100,101 103,104,105,106,107,108,109,110,111,112,...148