94
A
talar yaxşı deyib: "Niyyətin hara, mənzilin
ora". Bakıya gələndən sonra da Fərruxi Əli
Təbrizli bu sənətə böyük maraq göstərib, onun
sirlərinə yiyələnmək istəyib. Elə bu istək də onu hələ
30-cu illərdən xalçaçılıqla məşğul olan, uşaq yaşların-
dan Güney və Quzey Azərbaycanı şəhər-şəhər gəzib
xalçaçılıq sənətinin sirlərini öyrənən dəyərli xalça-
şünas, Azərbaycanın xalq rəssamı Lətif Kərimovun
yanına gətirir.
Qeyd edək ki, 1928-ci ildə Şuşa şəhərində “Qara-
bağxalça” artelində təlimatçı kimi fəaliyyət göstərən
Lətif Kərimov artıq iki il sonra -1930-cu ildən xal-
ça sənəti mütəxəssisi kimi “Azərxalça” birliyində
işləyirdi. O, 30-cu illərdən başlayaraq ilk dəfə olaraq
Bakıda və Qubada (1932-1936) xalça məktəblərinin
açılmasında xüsusi rol oynamışdı.
Lətif Kərimov Fərruxi Əli Təbrizlinin xalçaçı-
lıq sahəsində istedadını görüncə onu “Azərxalça”
birliyində işə götürür. Bir müddət onlar birlikdə
çalışırlar. Sonradan hökumət səviyyəsində daha bir
bölgədə - Qarabağda xalçaçılığın inkişafına qərar
verilir. Bu mühüm iş Fərruxi Əli Təbrizliyə tapşırı-
lır. Xalçaçılığı Qarabağda, əsasən, Ağdamda inkişaf
etdirmək üçün ötən sərin 50-ci illərində o, Ağdama
gəlir.
Qısa vaxt ərzində xalçaçılıq sahəsində özünü
təsdiqləyən Fərruxi Əli Təbrizli ona tapşırılan bu işin
öhdəsindən də ləyaqətlə gəlir. Belə ki, işə başladıq-
dan az sonraAğdamda xalçaçılıq ciddi şəkildə inkişaf
etməyə başlayır. Eyni zamanda, burada Təbriz xalça-
çılıq məktəbinin bir sıra yeni ənənələrinin tətbiqinə
başlanılır. 1954-cü ildən başlayaraq xeyli sayda ağ-
damlı gənc qızlar Fərruxi Əli Təbrizlinin köməyi
sayəsində xalçaçılıq sənətinin sirlərinə yiyələnirlər.
Çox keçmədən bu məktəb öz təsirini ətraf rayonlara
da göstərir və bütövlükdə bölgədə xalçaçılığın inki-
şafında yeni mərhələ başlayır.
Fərruxi Əli Təbrizli böyük xalçaşünas olmaq-
la bərabər, həm də sözün əsl mənasında həqiqi
vətənpərvər kimi nəinki Ağdamda, bütün res-
publikada tanınır. Yeniyetmə yaşlarından Gü-
ney Azərbaycanda milli hərəkata qoşulması onun
vətənpərvər bir ziyalı kimi formalaşmasında mü-
hüm rol oynayır. Onun Vətən, millətlə bağlı ideyala-
rı sənətində də öz əksini tapır. Qəlbi Təbriz həsrərti
ilə döyünən Fərruxi Əli Təbrizli xalçaçılıqda böyük
1...,86,87,88,89,90,91,92,93,94,95 97,98,99,100,101,102,103,104,105,106,...147