104
Gözünü açandan evlərində
anasının xalça toxuduğunu
görüb və rəngarəng ilmələrin
sehrinə düşüb. Anası ilə yana-
şı bacısı da xalça toxuyub. Xal-
çaların əhatəsində böyüyəsən,
xalçaçı olmayasan? Bu, çox çətin
olardı. Həlimə xanım xalça to-
xumağa həvəsi və sevgisinin nə
vaxt yarandığını bilmir:
“Xalça
ən qədim sənətlərimizdən biridir.
Qobuda hər adamın evində xalça
toxunar, hər ailədə azı bir xalçaçı
olardı. Gözümü açandan həmişə
evimizdə anamın, nənəmin, bacı-
mın xalça toxuduğunu görmü­şəm.
Elə uşaqlıqdan onların xalça to-
xuduqlarını görə-görə bu sənətə
sevgim yaranıb. Onların toxu-
duqları xalçalara tamaşa etməyi
çox xoşlayırdım. Anamın xalça
toxumağı bir başqa aləm idi. Ya-
dımdadır, o, ilməni əllə götürər,
sonra bıcaqla kəsərdi. Əllərində
bıçağın izi də qalmışdı. Sonralar
həmin izi bizə göstərib: “Baxın,
mən də vaxtilə xalça toxumu-
şam”,- deyərdi. İndi xalçanın
toxunuş tərzi dəyişib. Biz ilməni
bıçaqla götürüb, bıçaqla da
kəsirik”.
Həlimə xanım anası, bacı-
sı kimi yeni dünyalar yarat-
maq sevdası ilə 1977-ci ildə
Qobu qəsəbəsində yerləşən
“Azərxalça”nın filialında işə
başlayıb:
“Xalça
sənətinin
incəliklərinə də orada yiyələn­
mişəm. Azərbaycanın xalça usta­sı
Lətif Kərimov böyük sənətkar idi.
Həmişə toxuduğumuz xalçala-
ra baxıb, bizə faydalı məsləhət və
tövsiyələr verirdi. 2002-ci ildən isə
“Azər- İlmə” xalçaçılıq şirkətində
işləyirəm”.
“Toxuduğum ilk xalça “Yallı”
xalçası olub. Bu xalça “Şirvan”
məktəbinə aiddir. Ondan sonra
müxtəlif bölgələrə məxsus xal­
çalar toxumuşam: “Tirməli buta”,
"Zeyvə", “Əlixanlı”, “Çələbi”,
“Sacayaq”, “Qasımuşağı”, "Qollu
çiçi", "Qaraqaşlı"və s.
Həmsöhbətim deyir ki, hər
bölgənin öz xüsusiyyəti var və
elə ona görə də xalçalar bir-
birindən fərqlənir. Əksər xalça
qrupuna aid xalçalar toxuması-
na baxmayaraq, daha çox “Qa-
rabağ”, “Quba” və “Şirvan”
məktəblərinə aid xalçalar toxu-
yub:
“Şirvan, Quba xalçalarında
yaşıl, qırmızı, mavi rənglərə üs-
tünlük verilir. Amma Təbriz xal-
çalarında əsasən sarı rənglərdən
istifadə olunur. Təbriz xalçala-
rı çox mürəkkəbdir. Çeşniləri
dəqiqliklə, xırdalıqlarla işləmək la-
zım gəlir. Təbriz xalçalarında ilmə
sayı da çox olur. Süjetli xalçalar
daha çox dəqiqlik tələb edir. Mənə
Qarabağ xalçaları daha yaxındır.
Qarabağ xalçalarında əsas naxışlar
gül, at, it elementlərindən ibarət
olur. Bakı xalçalarını da toxumağı
sevirəm. Bu xalçalarda mavi, yaşıl,
qırmızı, sürməyi rənglər üstünlük
təşkil edir və onlar zərifliyinə görə
digər məktəblərin xalçalarından
fərqlənir. Bu xalça məktəbinə da-
Xalça ilə
ilk görüş
Bölgə-bölgə,
ilmə-ilmə...
Xalça. “Zeyvə”. Yun. Xovlu. 200x130.
1950-ci il. Quba qrupu. Azərbaycan.
Xalça. “Çələbi”. Yun. Xovlu. 240x150. 1970-ci il. Qarabağ qrupu. Azərbaycan.
1...,96,97,98,99,100,101,102,103,104,105 107,108,109,110,111,112,113,114,115,116,...147