97
yük arzusu Təbrizdə qalan qardaşı Hüseyni,
bacısı Zəhranı və yaxın qohumlarını görmək
olub. Amma təəssüf ki, o dövrün hakimiyyəti
bu görüşə imkan yaratmayıb. Eldar Fərruxi de-
yir ki, Təbriz həsrəti güc gələndə atası həmişə
Söhrab Tahiri Ağdama cağırtdırar, onunla
dərdləşərmiş.
Həmsöhbətim atasının daha bir qəribəliyini
xatırlayır.
Ali savad almamasına baxmayaraq, onun
gözəl natiqlik qabiliyyəti olub. Dolğun, mənalı
və məntiqli danışığı ilə hər kəsi dediklərinə qu-
laq kəsilməyə məcbur edib.
Fərruxi Əli Təbrizlinin on iki övladı olub:
Eldar, Zərifə, Səkinə, Zeynəb, Hüseyn, Leyla,
Həsən, İradə, Sədaqət, Həqiqət, Xoşqədəm və
Bahar.
Eldar Fərruxi ailənin ən böyük övladı idi:
“Atam mənə "oğul" yox, "arxam", "arxadaşım"
deyə müraciət edərdi. Övladlarımın - Lalə,
Mətanət, Təbriz və Arazın dördünün də adı-
nı Babaları Əli qoyub.Təbriz dünyaya gələndə
Ağdamda məhləmizdə böyük bir xeyir-şər bi-
nası tikdirdi. Adını da Təbriz sarayı qoydu. Ta-
leyin işinə bax ki, indi hamımız Bakıda məcburi
köçkün kimi sığınacaq tapmışıq”.
Eldar Fərruxidən atasının nə vaxt dünyasını
dəyişdiyini soruşuram. Həmin gün xatirəsində
canlanır, araya kədər dolu sükut çökür. Az son-
ra sualıma cavab verən Eldar Fərruxi deyir ki,
atası 53 yaşında, 1981-ci ildə dünyasını dəyişib
və Ağdam şəhər məzarlığında dəfn edilib. Son-
ra da əlavə edir: “Ermənilər Ağdama hücum
edəndə bizim evə də atəş açırdılar. Onların
atdığı güllələrdən biri atamın yağlı boya ilə
kətan üzərində işlənmiş portretinə dəymişdi.
Portretdə atam stulda oturmuş vəziyyətdə
təsvir olunub, Araz çayını seyr edir. Evdən çı-
xıb Bakıya gələndə birinci o portreti götürdüm.
Bir vaxtlar atamın yaşadığı taleyi indi özüm
yaşayıram. Atam Təbriz həsrəti çəkə-çəkə, ata-
anasının qəbirlərini görməyi arzulaya-arzula-
ya dünyasını dəyişdi. Mən də bu gün Vətənin
özündə ola-ola Qarabağa, doğulduğum Ağda-
ma gedə, atamın qəbrini ziyarət edə bilmirəm ”.
Fərruxi Əli Təbrizlinin bir istedadı
da var idi. O, süjetli və portret xalça-
ları başqaları kimi eskizə yox, birbaşa fotoşəklə
baxaraq toxuyurdu. Bu bacarığı onun xalçaçılar
arasında daha da məşhurlaşmasına səbəb ol-
muşdu.
P.S
Eldar Hasanli
Carpet Specialist Ferrukhi Ali Tabrizli
Résumé
This article discusses the life and work of well-known
carpet master Ferrukhi Ali Tabrizli. Ali Ferrukhi came
to northern Azerbaijan from Tabriz in 1946 and worked
in the carpet-weaving field. He has lived in Agdam since
the 1950s and played an important role in the develop-
ment of Azerbaijani carpet weaving.
Эльдар Гасанли
Ковроткач Фаррухи Али Тебризли
Резюме
В статье рассказывается ожизни и деятельности
известного коврового мастера Фаррухи Али Тебриз-
ли. В 1946 году Али Фаррухи переезжает из Тебриза
в Северный Азербайджан, где работал в сфере ков-
роткачества. С 1950-ых годов жил в Агдаме, и здесь
сыграл важную роль в развитии ковроткачества.
1...,89,90,91,92,93,94,95,96,97,98 100,101,102,103,104,105,106,107,108,109,...147