100
- Bu, mənim Azərbaycana ilk səfərimdir. Azərbay­
cana gəlməzdən öncə mən bu ölkə haqqında az
məlumatlıydım. Təbii ki, əsas toxuculuq mərkəzlərini
tanıyır, sizin xalçaların texniki xüsusiyyətləri və dizay-
nı barədə bilgilərim var idi. Azərbaycana gəlməzdən
əvvəl bu ölkə, onun siyasi tarixi və mədəni irsi, təbii
sərvətləri haqqında oxuyub öyrəndim. Ölkəniz zəngin
mədəniyyətə malikdir.
- Neçə ildir xalçaçılıqla məşğul olursunuz? Sizdə
xalçaya maraq haradan yaranıb?
- Uşaqlıqdan Şərq xalçalarının əhatəsində böyü­
müşəm. Amma əfsuslar olsun ki, onları gec dəyər­
ləndirmişəm. İlk vaxtlar Londondan kənarda işləyir
­
dim. Bir dəfə dostum zəng etdi və mənə “Bonhams”
hərrac evində anbarda işləməyi təklif etdi. İşimin
bir qismi xalça departamentinə kömək etməkdən
ibarət idi. Tədricən bu sahədə əldə etdiyim bilik və
təcrübə sayəsində departamentin gündəlik, intensiv
iş həyatına cəlb edildim. Departamentdə, eyni za-
manda, xalça mütəxəssisindən bu sənətin sirlərinə
yiyələnməyə başladım. O, mənə əsasən toxuculuq tex-
nikasını öyrədir, müxtəlif dizaynlar barədə məlumat
verirdi. Xalçalar haqqında daha çox bilgi almaq
istəyirdim, bu sənətin tarixi məni daha çox maraq-
landırırdı. Təcrübəm artdıqca işdə də irəliləyiş olur-
du. 2000-ci ildən “Bonhams”ın xalça departamentinə
rəhbərlik edirəm. Hərrac evində işləmək mənə bir
sıra əsrarəngiz əsərləri görməyə şərait yaradır. Hər il
təxminən iki min xalçaçılıq nümunəsi ilə tanış oluram.
Bu nümunələrin böyük əksəriyyəti xovlu xalçalardır.
Təəssüf ki, London hərraclarında xovsuz nümunələr
üçün bazar çox məhduddur.
- Qafqaz xalçaları haqqında nə deyə bilərsiniz?
- Qafqaz xalçaları rəngarəng, həndəsi elementlərlə
zəngin əsrarəngiz sənət əsərləridir. Bu ərazidə yaşa-
yan xalçaçılar öz əl işlərinə nəsildən-nəslə ötürülən
naxışları vururlar. Qafqazda toxunan xalçalar yüksək
dəyərləndirilir və daim kolleksiyaçıların maraq
dairəsindədirlər.
- Azərbaycan xalçalarını necə qiymət­ləndirirsiniz?
Onlar dünyada, Avropada tanınırlarmı?
- Kolleksiyaçıların əksəriyyəti Azərbaycanı xalça
istehsalında zəngin köklərə malik bir ərazi kimi ta-
nıyırlar. Qarabağ, Quba, Şirvan, Bakı, Qazax xalçala-
rı yüksək qiymətləndirilir. Hər bir Azərbaycan xal-
çası nadir incəsənət nümunəsidir. Sanki xalçaların
üzərindəki simvollar, elementlər sənə öz hekayələrini
söyləyirlər. Bu simvollar nəsildən-nəslə ötürülür, to-
xucuların həyatını əks etdirir.
- Azərbaycan xalçalarının digər xalçalardan,
xüsusən də İran, türkmən xalçalarından fərqi nədir?
- Azərbaycan və İran xalçaları arasında əsas fərq
istifadə edilən toxuculuq texnikasındadır. Azərbaycan
xalçaları türk–gördes düyünü, İran xalçaları isə
fars–sənnə üsulu ilə toxunur. Azərbaycan xalçaların-
1...,92,93,94,95,96,97,98,99,100,101 103,104,105,106,107,108,109,110,111,112,...147