95
zəhmət tələb edən bir işə girişir – ikiüzlü gəbə toxu-
yur. Oğlu Eldar Fərruxi deyir ki, həmin xalçanın bir
üzündə böyük şairimiz Şəhriyarın, o biri üzündə isə
bir vətəni, bir milləti ikiyə bölən, iki qardaşı ayıran
Araz çayının görüntüsü əksini tapır. Beləcə, Fərruxi
Əli Təbrizlinin xalçaçılıq sahəsində istedadı və ana
torpağa – Təbrizə məhəbbəti böyük bir sənət əsərinin
ərsəyə gəlməsinə səbəb olur.
Ötən əsrin 50-80-ci illərində Ağdamda yaşayan
hər kəs, eləcə də o dövrün sayılıb-seçilən ziyalıları-
nın hər biri Fərruxi Əli Təbrizlinin daha bir müsbət
məziyyətini təsdiq edə bilərlər. Çünki o, həmin in-
sanların yaddaşında həm də elinin-obasının xeyir-
şərinə yarayan bir ağsaqqal, xeyirxah bir ziyalı kimi
də qalıb. Bunun təsdiqi üçün bir əhvalatı xatırla-
maqla kifayətlənəcəyik. Hadisənin şahidi olan Eldar
Fərruxi deyir ki, ömrü boyu öz xeyirxah əməlləri ilə
yaşayan atası bir gün Ağdam şəhərində öz xalça dü-
kanının qarşısında dayanıbmış. Bu zaman “Ay kilim
alan, ay kilim alan” deyə-deyə yaşlı, ağsaqqal bir
kişinin onun dükanına tərəf gəldiyini görür. Bütün
bazarı dolaşan və kilimini sata bilməyən ağsaqqal
kişi yorulmuş halda dükanın qabağından keçəndə
Fərruxi Əli Təbrizli onun halına acıyır. Oğlu Eldara
deyir ki, “Oğlum get o qocanı bizim dükana gətir”.
Eldar Fərruxi ağsaqqala yaxınlaşıb deyir: “Əmi atam
sizi çağırır”. Çiynində kilim dükana daxil olan ki-
şini Fərruxi Əli Təbrizli xoş bir təbəssümlə qarşı-
layır; qısa söhbətdən sonra bütün qonaqları ilə ol-
duğu kimi onu yaxınlıqdakı yeməkxanaya aparır.
Kişini yedirib-içirdikdən sonra deyir: “Ağsaqqal,
kilimi neçəyə satırsan?” Kilimin sahibi satdığı ma-
lın dəyərini deyir. Fərruxi Əli Təbrizli dediyindən
ikiqat artıq pul ödədikdə ağsaqqal çox təəccüblənir.
Sevincindən gözləri işaran kişi çox məmnun qalır.
Amma bu məqamda Fərruxi Əli Təbrizli onu bir
daha təəccübləndirir. Pulu alıb aralanmaq istəyəndə
xeyirxahı onu saxlayır və deyir: “Ağsaqqal, indi bir
oğlun kimi mən bu kilimi sənə hədiyyə edirəm”.
Olduqca ibrətamiz olan bu hadisə Fərruxi
Əli Təbrizlinin xarakterindəki bir çox müsbət
xüsusiyyətləri açmaq baxımından da maraqlıdır.
Bu hadisə təkcə maddi ehtiyacı olan bir insana yar-
dım əli uzatmaq deyil. Bu hadisə həm də Fərruxi
Əli Təbrizlinin öz sənətinə nə qədər böyük önəm
verməsinin göstəricisidir. O, bununla ən kritik anda
1...,87,88,89,90,91,92,93,94,95,96 98,99,100,101,102,103,104,105,106,107,...147