101
da, daha çox, həndəsi elementlərdən və etnik
motivlərdən istifadə olunur. İran xalçalarının di-
zaynı isə daha mürəkkəb olub, qıvrılan naxışlar-
dan və çoxsaylı güllərdən ibarət olur. Türkmən
xalçalarında da Azərbaycan xalçaları kimi etnik
motivlər əks olunub, lakin istifadə edilən dizayn
və boyaqlar tamamilə fərqlidir.
- Fəaliyyətiniz dövründə dünyada ən baha
qiymətə satılan Azərbaycan xalçası hansı olub?
- Son bir neçə ildə dünyada xalçaların qiyməti
çox sürətlə artaraq, rekord həddə çatıb. Hərracda
bir xalça üçün ən yüksək satış qiyməti $10 000
000 olub. Mən bilən ən baha satılan Azərbaycan
xalçası təxminən yeddi il əvvəl Londonda auk-
siona çıxarılıb. “Ulduzlu Qazax” xalçası 197 000
avro (280 000 dollar) qiymətində dəyərləndirilib.
Həmin xalça bugünkü bazara çıxarılsaydı, bu
rəqəm həddən artıq yüksək olardı.
- Azərbaycan xalçalarının əksəriyyəti dün-
yada ya “Qafqaz xalçaları” ya da tamam başqa
adla yayılıb. Sizcə, bu tarixi səhvi aradan qal-
dırmaq üçün hansı tədbirlər görülməlidir?
- “Qafqaz xalçaları” termini gündəmə XIX
əsrdə xalçaçılıq haqqında ilk dəfə yazmağa baş-
layan alimlər tərəfindən gətirilib. Bu termin bir
qrup xalçanı təsvir etmək üçün istifadə edilib.
Xalçaların adlarının düzgün qeyd olunması çox
önəmlidir. Əminəm ki, zaman ötdükcə bu cür
ümumiləşdirilmiş adlandırma dəyişəcək. İndi
Azərbaycan sürətlə inkişaf edən müstəqil bir
dövlətdir. Bu ölkənin xalçaları da öz adı ilə ta-
nınmalıdır. Bunun üçün maarifləndirici iş apar-
maq lazımdır. Yalnız bu yolla xalçalarınızın adı
bərpa oluna bilər. Mən indi daha yaxşı anlayıram
ki, bu xalçalar məhz azərbaycanlılar tərəfindən
toxunub.
- Bu vaxta qədər dünyada xalçaçılıqdan bəhs
edən nəşrlərdə, kitablarda xalçaların tarixi, on-
ların kökü nə dərəcədə düzgün araşdırılıb, bu
tədqiqatları yetərli və doğru saymaq olarmı?
- Zənnimcə, xalçaların tarixi barədə öyrənməli
çox məqamlar var. Qərb dünyası ilə Şərq dünya-
sında incəsənətlər arasında böyük fərq var. On-
lar haqqında yazılı məlumatların da həcmi qeyri-
mütənasibdir. Xalçaların əksəriyyəti kəndlərdə
toxunub və heç vaxt sənədləşdirilməyib. Ona
görə də bəzi qədim xalçalarınmənşəyi barədə çox
söz demək olmur. Mən özüm satdığım əsərləri
tədqiq etmişəm. Bəxtim onda gətirib ki, bir neçə
çox nadir xalça mənə həvalə edilib. Onlar arasın-
da ən qeyri-adi xalça Şotlandiyada bir sandıqdan
tapılmış XVI əsrə məxsus naməlum Səfəvi xalısı
olub. Bu naməlum əsərin tarixini tədqiq etmək
mənə böyük zövq verdi.
- Bakıda səfərdə olduğunuz dövrdə “Azər-
İlmə” xalçaçılıq şirkəti, onun fəaliyyəti ilə ya-
xından tanış oldunuz. Bu şirkətin işi barədə nə
deyə bilərsiniz?
- Buradakı iş prosesi ilə bağlı təəssüratlarım çox
böyükdür. Mən həyatım boyu heç vaxt xalçanın
ərsəyə gəlməsi prosesini tam formada, yəni ipin
rənglənməsindən tutmuş, xananın qurulması,
xalçanın toxunması, yuyulması və dartılmasını
bir dam altında müşahidə etməmişdim. “Azər-
İlmə” xalçaçılıq şirkətində uşaqlara xalça toxu-
mağı öyrətmək məqsədilə tədris mərkəzinin açıl-
ması məndə xüsusi təəssürat oyatdı. Professor
Vidadi Muradov tərəfindən aparılan iş yüksək
səviyyədə təşkil edilib. Şirkətin çap etdirdiyi
nəşrlərin keyfiyyəti yalnız bu əsərlərin akademik
tədqiqat üçün hərtərəfli mənbə olması baxımın-
dan deyil, həm də Azərbaycan xalçalarına açıq
sevgi nümayiş etdirməsi nöqteyi-nəzərindən
dolğunluğuna görə təqdirəlayiqdir. Xalça sənə­
tini təbliğ etməyə yönələn hər bir fəaliyyət xalça
bazarı üçün önəmlidir. Xalça, xalçaçılığın tari-
xi çox mühüm məsələdir və bu sahədə aparılan
tədqiqatlar gələcəkdə böyük əhəmiyyət kəsb
edəcək.
«Азербайджанский ковер является
редким образцом искусства»
Резюме
В интервью руководитель отделения ковров
всемирно значимого аукциона «Бонхамс» Марк
Данс ответил на вопросы о своей деятельно-
сти. Также проанализировал технические и
художественные черты азербайджанских и
кавказских ковров, обсудил их место в мире.
“Azerbaijani Carpets are Rare Art
Examples”
Résumé
In this interview, Mark Dans, Head of the Carpet
Department of the world famous Bonhams Auction-
eers, answered questions related to his field of work.
Mark Dans compared the technical and artistic fea-
tures of Azerbaijani and Caucasian carpets and
assessed the position of Azerbaijani carpets in the
modern world.
1...,93,94,95,96,97,98,99,100,101,102 104,105,106,107,108,109,110,111,112,113,...147