96
belə sənət nümunələrinin alqı-satqı predmetinə
çevrilməsinə qarşı olduğunu nümayiş etdirir. Fərruxi
Əli Təbrizlinin həyata baxışı bu cür olub.
Eldar Fərruxi deyir ki, atası o dövrün elitasına çox
yaxın bir şəxs olub, həmişə tanınmış ziyalılarımızla
oturub-durub: əsasən də yazıçı və şairlərlə. Fərruxi
Əli Təbrizlinin Ağdamdakı evi daim qonaq-qaralı
olub. Bu evdə kimlər olmayıb – xalq şairləri Söhrab
Tahir, Məmməd Araz, Xəlil Rza Ulutürk, Bəxtiyar
Vahabzadə, Famil Mehdi, Hüseyn Arif. Onun dost
olduğu, ünsiyyət qurduğu insanların siyahısı heç də
bundan ibarət deyil. Fərruxi Əli Təbrizli ağdamlı zi-
yalılar – tanınmış alim Xudu Məmmədovla da yaxın
dost olub. Ağdamlı digər ziyalılar Zeynal müəllim,
Xəlil müəllim də daim onun ziyarətçiləri olublar.
Ümumiyyətlə, o dövrdə paytaxtdan Ağdama
qonaq gələn tanınmış insanların, sənətkarların
əksəriyyəti Fərruxi Əli Təbrizlinin qonağı olmağa üs-
tünlük veriblər. Ən çox görüşdüyü insanlar isə xalq
yazıçısı Mirzə İbrahimov, şair Nəriman Həsənzadə,
Cəmil Əlibəyov olub. Eləcə də məşhur sənət adam-
ları – Lütfəli Abdullayev, Rübabə Muradova, Sara
Qədimova tez-tez Fərruxi Əli Təbrizlinin qonağı
olublar.
Eldar Fərruxi deyir ki, Ağdamda onların evi kol-
xoz bazarının yaxınlığında yerləşirmiş. Şəhərdə bu
ünvanı tapmaq üçün heç vaxt əziyyətə qatlaşmaq
lazım gəlməyib. Çünki Təbrizli Əli Fərruxinin evini
Ağdamda hər kəs tanıyırmış. Bu da təsadüfi deyil-
miş, çünki bu əməlisaleh insan öz xeyirxah əməlləri
ilə bütün şəhər camaatının işinə yarayıb. Hamı da
Fərruxi Əli Təbrizliyə böyük ehtiram və sevgi ilə ya-
naşıb. O, bu ehtiramı, bu sevgini xeyirxah əməlləri,
hər kəsə açıq süfrəsi ilə qazanıb. Eldar Fərruxi deyir
ki, Ağdamda xeyir-şər məclisləri üçün istifadə olu-
nan ilk səyyar mağarı atası düzəltdirib: ”O bu mağa-
rı hamıya təmənnasız verirdi; qab-qacaq, stol-stulu
da eləcə”.
Xalçaçılıq sənətində böyük uğurlar qazanması-
na, bütün respublikada tanınmasına, günün xoş
keçməsinə rəğmən, Təbriz həsrəti bir an da olsun
Fərruxi Əli Təbrizliyə rahatlıq vermir. Bu nisgil
ona o qədər güc gəlir ki, sovet hökumətinin qılın-
cının dalı da, qabağı da kəsən bir vaxtda “Naxçı-
van” qəzeti redaksiyasına cəsarətli bir məktub yazır.
Həmin məktubda Fərruxi Əli Təbrizli qəzetdən belə
bir xahişdə bulunur ki, Naxçıvan Təbrizlə, İran-
la həmsərhəddir, mənə bir ovuc torpaq gətizdirin,
öləndə övladlarım doğulduğum Təbriz torpağı-
nı mənim gözlərimə töksünlər. Bu hadisə bir daha
göstərir ki, Fərruxi Əli Təbrizlinin ürəyi daim Vətən
həsrətilə döyünüb. Ömrünün son çağlarında ən bö-
1...,88,89,90,91,92,93,94,95,96,97 99,100,101,102,103,104,105,106,107,108,...147