98
"Çaykafarma"
"Sehrli ilmələr"də
Bolqarıstanın ən böyük əczaçılıq
şirkətlərindən birinin - "Çayka­
farma"nın nümayəndələri Bakıya
üç günlük səfər çərçivəsində "Azər-
İlmə"də oldular. 93 nəfərlik heyət
"Sehrli ilmələr" qalereyasındakı qədim
və yeni xalçalarla tanış olmuş, xalça-
nın toxunması prosesini izləmişlər.
Burada gördüklərindən məmnun qa-
lan qonaqlarla xatirə şəkli çəkilmişdir.
Rusiya, Ukrayna, Baltikyanı ölkələr və Avrasiya
yəhudilərinə dəstək Milli Konfransının üzvləri
"Azər-İlmə"nin növbəti qonağı olmuşlar.
Azərbaycan xalçalarına maraq göstərən qonaqlar ema-
latxanada toxucuların əl işlərinə tamaşa etmiş, şirkətin
"Sehrli ilmələr" qalereyasındakı qədim çeşnilər əsasında
toxunan yeni xalçalarla tanış olmuşlar. Burada qonaqlara
bu qədim xalq sənəti haqqında geniş məlumat verilib.
Azərbaycan xalçalarının gözəlliyinə heyran qalan qonaq-
lara "Azər-İlmə"nin nəşr etdirdiyi kitablar və broşürlər
hədiyyə edilib. Sonda xatirə şəkli çəkilib.
"Azər-İlmə"nin qonaqları
Azərbaycan Xalçaları
Cild 3 №9 2013
1...,90,91,92,93,94,95,96,97,98,99 101,102,103,104,105,106,107,108,109,110,...148